27 May 2020, Çərşənbə
“Qarabağ” rekordçular arasında
Dmitri Nazarovdan növbəti qol
Seydiyev “Qəbələ”dən gedir
Fəriddən 2 məhsuldar ötürmə

Ölkə futbolu

Braziliyalılardan yubiley qolları

Azərbaycan Premyer Liqasının 5-ci turu “Neftçi”nin yarımmüdafiəçisi Flavinyo və “Qarabağ”ın hücumçusu Reynaldonun yubiley qolları ilə əlamətdar olub. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Xəzər Lənkəran”la qarşılaşmada komandasının qələbə qolunu vuran Flavinyo Azərbaycan çempionatlarında 30-cu dəfə fərqlənib. AZAL-la qarşılaşmada 3:0 hesablı qələbəyə 1 qolla töhvə verən Reynaldo isə bu göstəricidə 25-ə çatıb. Braziliyalılar yubiley qolları ilə Premyer Liqada ən çox qol vuran legionerlərin siyahısında irəliləyib. Flavinyo uruqvaylı Valter Quqlemonla birlikdə 14-cü, Reynaldo isə Robertas Poşkus və Zohair Benouahi ilə 20-ci yerə şərikdir. “Neftçi”nin yarımmüdafiəçisi braziliyalılar arasında 3-cüdür. O, yalnız Leandro Qomeş (41) və Junivan Suaresdən (40) geri qalır. “Qarabağ”lı isə bu 3 həmyerlisindən başqa, Junior Nildo (29) və Fabio Luis Ramimdən (27) sonra 6-cıdır. Hər iki braziliyalı bütün qollarını  öz klubunun heyətində vurub. Onlar bu komandaların tarixində çempionatda ən çox fərqlənən 10-luğa daxildir. Reynaldo bu siyahıda 8-ci, Flavinyo 9-cudur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2020
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31