26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Kapello: “Azərbaycanla oyun asan keçməyəcək”

Rusiya millisinin baş məşqçisi Fabio Kapello sabah Azərbaycana qarşı keçiriləcək oyundan öncə mətbuat konfransı keçirib. Futbolxeber.az-ın “Sport-Ekspress”ə istinadən verdiyi məlumata görə, italyan mütəxəssis maaşının yubanmasını problem hesab etmir: “Məvacibimin gecikməsi məni narahat etmir. Bu haqda düşünmürəm. İlk növbədə məni Azərbaycan və Lixtenşteynə qarşı keçiriləcək oyunlar maraqlandırır”.

“Azərbaycanla oyunun sizin üçün əhəmiyyəti nə qədərdir” sualını Kapello belə cavablandırıb: “Asan oyun olmayacaq. Çünki Azərbaycan millisi son zamanlar xeyli “artırıb”. Sabahkı oyunda 6 əvəzetmə imkanımız olacaq. Mən də onların hamısından yararlanmaq istəyirəm. Əsasən az oynayan və ya ümumiyyətlə meydana çıxmayanlara şans vermək istəyirəm”.  

İtaliyalı mütəxəssis millimizə qarşı 4 müdafiəçi ilə oynayacaqlarını bildirib: “Oyun tərzini dəyişmək üçün əlinin altında lazımı oyunçular olmalıdır. Rusiya klublarınımn çoxu 4-3-2-1 taktiki sxemi ilə mübarizə aparırlar. Məşqçinin əsas vəzifəsi əlinin altındakı futbolçuların potensialını tam ortaya qoymaqdır. Amma onu deyə bilərəm ki, Azərbaycana qarşı 4 müdafiəçi ilə oynayacağıq. Qapıda da Akinfeyev dayanacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30