26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Cahangir Həsənzadə: “Xəzər Lənkəran” rəhbərliyin, azarkeşlərinin etimadını doğrultmalıydıq”

“Bu yeni bizim üçün yeni səhifə idi. Oyunun əhəmiyyəti barədə nəsə demək artıqdı. Çox şadam ki, “İnter”i məğlub edə bildik”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Xəzər Lənkəran”ın qapıçısı Cahangir Həsənzadə deyib.

Təcrübəli qolkiper komandaya göstərilən dəstəyə görə azarkeşlərə minnətdarlıq edib: “Doğma azarkeşlərimiz önündə oynayırdıq. Onların, çətin anda bizə dəstək olan rəhbərliyin etimadını doğrultmalıydıq. Yaxşı oyun alındı. Komanda əlindən gələni etdi. Yekunda da qələbə qazandıq. İnanıram ki, növbəti oyunlarda da uğurlu çıxışımızı davam etdirəcəyik”.

Həsənzadə artıq “Xəzər Lənkəran”a tam öyrəşdiyini bildirib: “Mənə bir müddət vaxt lazım idi. “Simurq”la oyunda komandaya yeni qoşulmuşdum. Amma gündən günə hər şey yaxşıya doğru gedir. Komandaya yeni qoşulan qapıçıya daim vaxt gərək olur. Artıq komandaya tam uyğunlaşmışam. Uşaqlar da sağ olsunlar ki, mənə əllərindən gələn dəstəyi verirlər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30