26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Azərbaycan futbolunda növbəti BİABIRÇILIQ

 

Litvada həvəskarlar arasında keçirilən UEFA Regionlar Liqasının seçmə qrupunda ölkəmizi təmsil edən “Qaraçala” qitə futbol qurumunda şübhə yaradıb. Apasport.az saytının məlumatına görə, “Qaraçala”nın yerinə baş məşqçisi və əksər futbolçusu “Qaradağ Lökbatan”a məxsus olan heyətin ilk oyunda “Lietava” üzərində qələbə qazanması (3:0) böyük narazılığa səbəb olub.

Əldə etdiyimiz məlumata görə, həm UEFA, həm də “Lietava” rəsmiləri təmsilçimizin qara əməllərindən şübhələnib. Buna səbəb isə komandamızın heyətində peşəkar futbolçuların olmağıdır.

Xatırladaq ki, “Qaraçala”nın peşəkar futbolçulardan yararlanmağı faktı ilk dəfə deyil. Ötən ilin aprelin 9-da həvəskarlar arasında birinciliyin “Tərəqqi” ilə matçında da saxtakarlıq aşkarlanmışdı.

Həmin görüşdə “Qaraçala”nın heyətində peşəkar futbolçunun iştirak etdiyi müəyyənləşib. Araşdırmalardan sonra məlum olub ki, “Qaraçala”nın heyətində meydana çıxan Ramil Həsənov I divizionda çıxış edən “Bakılı”nın üzvüdür və həmin klubla peşəkar müqaviləsi mövcuddur. Bu səbəbdən “Qaraçala”ya 0:3 hesablı texniki məğlubiyyət verilmişdi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30