19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

"Atletiko"ya qarşı "All Star of Azerbaijan"ın oynaması təşəbbüsü Hafiz Məmmədova məxsusdur"

 

"Atletiko"ya qarşı təkcə "Bakı"nın deyil, Azərbaycanın ulduz futbolçularından ibarət komanda - “All Star of Azerbaijan" mübarizə aparacaq. Bu haqda Futbolxeber.az-a "Bakı"nın icraçı direktoru Yaşar Seyidov məlumat verib. Seyidov bu təşəbbüsün klub prezidenti Hafiz Məmmədova məxsus olduğunu bildirdi: "Klub prezidenti Hafiz Məmmədovun təşəbbüsü ilə “Atletiko” önünə Azərbaycanın üzdə olan oyunçularının çıxması məqsədəuyğun sayıldı. Çünki bu oyun mərhum prezidentimiz Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində baş tutacaq. Bu üzdən tək “Bakı”nın yox, Azərbaycanın futbolçularının bu görüşdə iştirak etməsi daha yaxşı olardı. Bu görüşdə hansı futbolçular və hansı hakimlər briqadasının meydanda olacağına sabah aydınlıq gələcək. Ancaq onu deyə bilərəm ki, burda ölkəmizdə çıxış edən legioner futbolçular olmayacaq. Komandamızın tərkibini üzdə olan azərbaycanlı oyunçular təşkil edəcək. İnanmıram ki, digər klublar öz yerli oyunçularını bu matça buraxmasınlar".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31