26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Georgi Boqyu: “İnter” yaxşı komandadır, amma “Tiraspol” da zəif deyil” EKSKLÜZİV

Avroliqanın ilk təsnifat mərhələsində “İnter”in rəqibi olan “Tiraspol”un üzvü Georgi Boqyu Futbolxeber.az saytına müsahibə verib.

- İlk növbədə püşkatma barədə fikirləriniz bilmək istərdik.

- Püşkün nəticəsini normal dəyərləndirirəm. Bizi qarşıda 2 maraqlı oyun gözləyir. Həm bizim, həm də “İnter” üçün asan oyunlar keçməyəcək. Bizim məqsədimiz növbəti mərhələyə adlamaqdır. Əlimizdən gələni edəcəyik ki, uğur qazanaq.

- Şansları necə dəyərləndirirsiz?

- Şanslar 50-nin 50-yədir. İndidən kiminsə favorit olduğunu, yaxud da kimin mərhələ adlayacağını söyləmək qeyri-mümkündür. “İnter” yaxşı komandadır. Amma biz də zəif deyilik.

- İlk oyunun Tiraspolda keçirilməsini “İnter” üçün üstünlük hesab etmək olar?

- Bununla razı deyiləm. Düzdür, adətən kubok oyunlarında cavab oyununu evdə keçirən komanda üstün hesab olunur. Amma nəzərə qalmaq lazımdır ki, bunun elə də fərqi yoxdur. Onsuz da həm Tiraspolda, həm də Bakıda meydana çıxmalıyıq.

- Azərbaycanda oynamısız. “İnter” haqda hansı məlumatlara maliksiz?

- Mən Azərbaycandan ayrılandan sonra komandada dəyişikliklər olduğu şübhəsizdir. İndiki “İnter”i tanımıram.

- Həmin vaxtkı “İnter” yaddaşınızda necə qalıb?

- “İnter”in həmin vaxtdakı oyun uslubu yadımdadır. Onlar daha çox fiziki gücə söykənən futbol sərgiləyirdilər. Rəqibin heyətində ucaboy futbolçular çoxluq təşkil edirdi. Xüsusən də standart vəziyyətlər zamanı təhlükəli olurdular.

- Püşkatmadan sonra “Tiraspol”un baş məşqçisi və ya komanda yoldaşlarınız sizdən “İnter” haqda hansısa məlumatlar alıblar?

- Baş məşqçimiz heç nə soruşmayıb. Komanda yoldaşlarımdan bəziləri “İnter” haqda soruşsa da, sizin kimi onlara da indiki “İnter”i tanımadığımı dedim.

- AZAL-dakı karyeranız uğurlu alınmadı. Bunun səbəbini nədə görürsüz?

- AZAL-da bir mövsüm oynadım. Çempionat başa çatdıqdan sonra komandada baş məşqçi dəyişikliyi oldu. Yeni baş məşqçi də öz heyətinbi formalaşdırırdı. Bu səbəbdən də komandadan ayrıldım. Tək mən yox, 10-a yaxın futbolçu həmin dövrdə AZAL-ı tərk etmişdi.

- Səhv etmirəmsə, AZAL-ın heyətində vurduğunuz 5 qoldan birini “İnter”in qapısından keçirmisiniz?

- Hə, elədir. Həmin oyun 1:1 hesabı ilə başa çatmışdı.

- “İnter”in qapısına bu dəfə də qol vura biləcəksiniz?

- Təbii ki, bunun üçün səy göstərəcəyəm (gülür). Amma əsas olan mənim fərqlənməyim yox, “Tiraspol”un mərhələ adlamasıdır.

- Dünən Moldova mətbuatına verdiyiniz açıqlamada Azərbaycan çempionatının səviyyəsinin Moldova birinciliyindən üstün olmadığını demisiniz. Həqiqətən də belə düşünürsünüz?

- Bəli, həmin sözü demişəm. Məncə, haqlıyam da. Azərbaycanda yaxşı klublar, yaxşı futbolçular çıxış edir. Amma Moldova da vəziyyət belədir. Burada da “Şerif”, “Daçiya”, “Tiraspol” kimi güclü klublar var.

- “Milasami”ni “Tiraspol”a dəyişərkən seçiminizdə bu komandanın avrokuboklarda oynamasının da rolu olduğunu demişdiniz. “Tiraspol” Avroliqa ilə ilk mərhələdəcə vidalaşsa, seçiminizə görə peşman olmayacaqsınız?

- Birincisi, mən “Tiraspol”u sırf avrokuboklarda oynadığı üçün seçməmişəm. Seçimimin bir çox səbəbləri var. Digər tərəfdən də mübarizə hələ qabaqdadır və kimin mərhələni keçəcəyini zaman göstərəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30