19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“Simurq” hər bir rəqibinə öz sözünü deyə bilən komandadır"

 

Dünən əvəzedici heyətlərin ölkə birinciliyinin 27-ci turunda "Simurq" "Şəfa" stadionunda "İnter"in qonağı olub. Futbolxeber.az-ın məlumatına görə, qarşılaşmadan Zaqatala təmsilçisi qolsuz bərabərliklə ayrılıb. Səfərdən vacib bir xalla qayıdan "sarı-qaralar"ın baş məşqçisi Rövşən Babayev oyun haqqında fikirlərini klubun rəsmi saytına bildirib: "Gözəl oyun keçdi. Hər iki komanda sona qədər mübarizə apardı. Həm “Simurq”, həm də “İnter” kollektiv oyun nümayiş etdirdi. Bügün komandam meydanda əsil əzmkarlıq göstərdi. Gecə saat 4-də yola çıxmaq və gəlib səfərdə güclü rəqiblə görüşdə belə vacib xal qazanmağımız əla nəticədir. Üstəlik də, bildiyiniz kimi dünən gecə Zaqatala 4 bal gücündə zəlzələ olmuşdu. İlk “altılıq”da mübarizə aparan komandalar, xüsusəndə yüksək yerlər uğrunda yarışan komandalar üçün hər görüşdən xalla qayıtmaq çox vacibdir. Buna görə yetirmələrimə çox sağ ol deyirəm. Onlara halal olsun ki, bir gecə yatmadan gəlib bu cür çətin görüşdən vacib xal qazandılar".
 
"Simurq"un baş məşqçisi rəqibi də, dəyərləndirib. O, "İnter"in gələcəyinin parlaq olacağını bildirib: "Bugünkü rəqibimiz həqiqətən güclü heyətə malik komandadır. Gələcəyi parlaq olan kollektivdir. Ancaq yaddan çıxarmayaq ki, “Simurq”da hər bir rəqibinə öz sözünü deyə bilən komandadır".
 
Rövşən Babayev yetirmələrinin ilk hissədə "İnter"dən daha üstün oyun nümayiş etdirdiyini bildirsə də, sonradan meydana daxil olmuş futbolçularının sərgilədiyi oyundan razı qalmadığını da, açıqlamasını da xüsusi vurğulayıb: "Birinci hissədə rəqibdən çox üstün oyun nümayiş etdirdik. Fasilədən sonra isə deyərdim ki, bərabər səviyyəli qarşılaşma keçdi. Uşaqlar meydanda bütün tapşırıqlarımı maksimum səviyyədə yerinə yetirməyə çalışdılar. İkinci hissədə dəyişiklər etməli oldum. Təbii ki, onların oyunu məni o qədərdə qanə etmədi. Bu gün onlardan istədiyimizi ala bilmədik. Ancaq o futbolçular kollektivdə hələ təzədilər. Onlara vaxt vermək lazımdır. İnanıram ki, gələcəkdə hər şey qaydasına düşəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31