26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Milan” “Qəbələ”ni darmadağın etdi

“Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası İtaliyanın Turin şəhərində keçirilən Stefano Qusella xatirə turnirində çıxışını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, qrup mərhələsinin ilk iki oyununda 4 xal toplayan "qırmızı-qaralar" qrupun son matçında yerli "Torino" kollektivi ilə qarşılaşıb. Matç turinlilərin 3:1-lik qələbəsi ilə yekunlaşıb. Təmsilçimizin yeganə qoluna Cavidan Qasımlı imza atıb. Bu nəticədən sonra 4 xalla qrupu ikinci yerdə tamamlayan "Qəbələ" 13-24-cü yerlər uğrunda mübarizəyə qoşulub. Bu mərhələdə komandamızın rəqibləri "Qrasshopers" (İsveçrə) və "Milan" (İtaliya) olub. İlk matçda "Qrasshopers"lə üz-üzə gələn "qırmızı-qaralar" isveçrəlilərə Cavidan Qasımlının yeganə qolu ilə qalib gəlib - 1:0. Növbəti görüşdə "Milan"la qarşılaşan "Qəbələ" 0:5 hesabıyla məğlub olub.

Bu gün təmsilçimiz 17-20-ci yerlər uğrunda daha iki oyun keçirəcək. Xatırladaq ki, turnirdə 48 komanda medallar uğrunda mübarizəyə qoşulmuşdu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30