6 Avqust 2025, Çərşənbə
“Qarabağ” “Şkendiya”nı məğlub etdi
Namik Ələskərov “Zirə”də
Joni Montiel rəsmən “Qarabağ”da
Elmar Baxşıyevin möhürü

Xarici futbol

“Zirə”nin rəqibi qələbə qazandı

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Hayduk” yoxlama oyunu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, Xorvatiya təmsilçisi Sloveniya toplanışı çərçivəsindəki ilk matçında Sofiya ÇSKA-sı ilə üz-üzə gəlib.

Matç “Hayduk”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun taleyini həll edən yeganə qolu 5-ci dəqiqədə Marko Livaya vurub.

Split klubu “Zirə” ilə ilk görüşə qədər daha iki yoxlama görüşü keçirəcək. Xorvatlar iyulun 4-də Sloveniyanın “Radomlje”, 2 həftə sonra isə Avstriya LASK-ı ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, “Zirə” və “Hayduk” arasındakı ilk görüş iyulun 23-də Bakıda, cavab qarşılaşması isə 31 iyulda Splitdə keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31