5 Avqust 2025, Çərşənbə axşamı
Joni Montiel rəsmən “Qarabağ”da
Elmar Baxşıyevin möhürü
“Neftçi” AEL-lə heç-heçə oynadı
Andrade: “Xarakter göstərdik”

Ölkə futbolu

“Şkendiya”nın baş məşqçisi: “Qarabağ”la oyunda aqressiv olmalıyıq”

“Komandam “Qarabağ”a hörmət edir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Şimali Makedoniyanın “Şkendiya” komandasının baş məşqçisi Ceton Beqiri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, turnirdə uğurlu çıxışı davam etdirmək istədiklərini bildirib: “Ən yüksək səviyyədə mübarizə aparmalıyıq. Şansımızın olduğuna inanıram. Lakin oyun vaxtı maksimum dərəcədə konsentrasiyalı və aqressiv olmalıyıq. Bu matç hər şeyi həll etməyəcək, amma müsbət nəticə bizə cavab görüşü üçün çox kömək edəcək".

Qeyd edək ki, avqustun 5-də keçiriləcək “Şkendiya” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31