6 Avqust 2025, Çərşənbə
“Qarabağ” “Şkendiya”nı məğlub etdi
Namik Ələskərov “Zirə”də
Joni Montiel rəsmən “Qarabağ”da
Elmar Baxşıyevin möhürü

Ölkə futbolu

Qurban Qurbanov: “Çox istəkli komandaya qarşı oynayacağıq”

“Çox vacib oyuna çıxırıq. İlk matçın səfərdə olması rəqib üçün üstünlükdür. Çünki iki vacib qələbədən sonra bizi qəbul edəcəklər. Çox yaxşı komandaya qalib gəliblər".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) ilə sabah keçiriləcək oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

O, yaxşı rəqibə qarşı oynayacaqlarını bildirib: "Biz çox istəkli komandaya qarşı oynayacağıq. Komandamız oyuna tam hazırdır. Sabah rəqibə qarşı sona qədər idmançı xarakterimizi göstərməliyik. "Şkendiya" çox istəkli və bərk komandadır. Çalışacağıq ki, yaxşı nəticə ilə geri qayıdaq".

Qurbanov rəqibin güclü və zəif tərəfləri barədə danışmaq istəməyib: “Şkendiya”nın əvvəlki iki oyununu izləmişəm. Amma burada bu haqda danışmağa ehtiyac yoxdur. Çünki hər bir komandada güclü və zəif tərəflər olur. Sadəcə çalışıb öz oyunumuzu qurmalıyıq. Rəqibə imkan verməməliyik ki, öz oyununu meydanda göstərsin. 90 dəqiqə maksimum diqqətli olmalıyıq”.

“Pley-off mərhələsindəki potensial rəqibləriniz müəyyənləşib. Bununla bağlı fikirləriniz necədir?” sualını mütəxəssis belə cavablandırıb: “Qalib gəlsək də, məğlub olsaq da, rəqibimiz "Ferentsvaroş"la "Ludoqorets"dən biri olacaq. İkisinə qarşı da oynamışıq. Ciddi komandalardır. Çempionlar Liqasında və ya Avropa Liqasında oynamağımızdan asılı olmayaraq maraqlı matçlar olacaq. Bir-birimizi tanıyan rəqiblərik”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31