25 Avqust 2025, Bazar ertəsi
Elmar Baxşıyevdən qələbə şərhi
“Araz-Naxçıvan”dan qələbə
“Azarkeşlərin narazılığa haqları var”
“Kəpəz” “Karvan”a məğlub oldu

Xarici futbol

Mahir Emrelinin komandası ən yaxşı seçildi

Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” Zaqrebdə ilin ən yaxşı kişi komandası seçilib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Zaqreb Şəhər İdman Assosiasiya komandanı mükafatlandırıb.

Mərasimdə Emreli və komandanın düşərgəsində olan digər futbolçular iştirak ediblər.

Klubun uğurları kimi Xorvatiya çempionluğu, ölkə Superkubokunun qazanılması, 2021/2022 mövsümündə Avropa Liqasının pley-offunda və 2022/2023 mövsümündə Çempionlar Liqasının qrupunda iştirak etmək göstərilib.

Qeyd edək ki, “Dinamo” hazırda Xorvatiya çempionatında 41 xalla turnir cədvəlinin lideridir. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31