6 Iyul 2020, Bazar ertəsi
"Neftçi"də belçikalı yarımmüdafiəçi
“Bavariya” “qızıl dubl” etdi
Stanislav Namaşko daha 1 il “Keşlə”də
İvitsa Juniç “Qəbələ”dən getdi

Xarici futbol

Balayev Qazaxıstan çempionatının ən yaxşısıdı

Azərbaycan millisinin və "Tobol"un üzvü Emil Balayev Qazaxıstan çempionatının ən yaxşı göstəriciyə malik qapıçısıdır.

Futbolxeber.az saytının məlumatına görə, 25 yaşlı qolkiper "quru" oyunların sayında bütün həmkarlarından öndədir.

O, bu mövsüm 18 oyunda qapısını toxunulmaz saxlayıb. Bu isə o deməkdir ki, mövsümün sonuna bir tur qaldığı üçün Balayevə heç kim çata bilməyəcək. Emil ümumilikdə 30 görüşdə 21 qol buraxıb.

İkinci pilləni "Ordabasi"nin qapıçısı Dmitri Nepoqodov tutur. Onun aktivində 15 "quru" oyun var. Qazaxıstan millisinin qolkiperi 28 qarşılaşmada 20 top buraxıb. "Kayrat"ın qapıçısı Stas Pokatilov 13 "quru" oyunla 3-cüdür. O,  31 matçda 30 qol buraxıb.

Qeyd edək ki, "Tobol" Qazaxıstan çempionatında sona 1 tur qalmış 60 xalla 4-cü pillədə qərarlaşır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2020
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31