9 Avqust 2025, Şənbə
Ribeyro rəsmən “Neftçi”də
“Bunu qəbul etmək lazımdır”
"Araz-Naxçıvan"dan ağır yenilgi
"Sumqayıt" "Qəbələ" ilə heç-heçə etdi

Ölkə futbolu

Renat Dadaşov Polşa klubundan ayrıldı

Azərbaycan millisinin üzvü Renat Dadaşov “Radomyak”dan ayrılıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə 26 yaşlı hücumçu öz sosial şəbəkə hesablarına paylaşım edib.

O, Polşa təmsilçisi ilə vidalaşıb: "Təşəkkürlər, “Radomyak”. Klub üçün hər şeyin ən yaxşısını arzulayıram. Birlikdə möhtəşəm vaxt keçirdik".

Qeyd edək ki, Renat bu ilin fevralından "Radomyak"ın formasını geyinirdi. O, həmin müddət ərzində 2 qol vurub.

Xatırladaq ki, bu yay Azərbaycan millisinin digər üzvü Rahil Məmmədov da "Radomyak"dan ayrılıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31