21 Avqust 2025, Cümə axşamı
I Liqada yeni mövsümün püşkü atıldı
Qurban Qurbanovdan qələbə şərhi
“Qarabağ” “Ferensvaroş”a qalib gəldi
“Bir xal da bizim üçün xeyirlidir”

Digər idman növləri

4 boksçumuz Avropa birinciliyində finala yüksəlib

Azərbaycanın dörd yeniyetmə qız boksçusu Serbiyanın Novi Pazar şəhərində keçirilən Avropa birinciliyində finala vəsiqə qazanıb.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Əminə Tağı (50 kq), Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova (63 kq) və Səma Abbasova (66 kq) iyulun 15-də həlledici görüşlərə çıxacaqlar.

Digər milli üzvlərindən Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) yarımfinalda məğlub olduqları üçün birinciliyi bürünc medalla başa vurublar.

Avropa birinciliyi

Yarımfinal

Əminə Tağı (50 kq) - Dominika Vnukova (Slovakiya) - boksçumuz tam üstünlüklə qalib gəlib

Cəmilə Muradlı (52 kq) - Liana Jamharyan (Ermənistan) 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27)

Fidan Bəkərova (63 kq) - Asya Turkoviç (Bosniya və Herseqovina) 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27)

Səma Abbasova (66 kq) - Mariya Dovqopol (Moldova) - boksçumuz tam üstünlüklə qalib gəlib

Qeyd edək ki, oğlan boksçular arasında yarımfinal görüşləri bu gün keçiriləcək. Finala vəsiqə uğrunda 6 idmançımız mübarizə aparacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31