2 Mart 2026, Bazar ertəsi
“Qarabağ”dan möhtəşəm geridönüş
"Quba"nın futbolçusu mükafatlandırıldı
Şamaxıda və Qəbələdə bərabərlik
Millimizin rəqibləri müəyyənləşdi

Digər idman növləri

Stolüstü tennisçilərimiz Batumi sınaqlarını mükafatlarla başa vurdular

Stolüstü tennisçilərimiz Gürcüstanda təşkil olunan “WTT Youth Contender” turnirində etimadı doğruldublar.

 
Futbolxeber.az saytının məlumatına görə, beynəlxalq yarışa baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə qatılan seçmə komandanın üzvləri Batumi sınaqlarında üç mükafata layiq görülüblər. 
 
Onur Quluzadə 13 yaşadək idmançilar arasında bütün rəqiblərinə qalib gələrək 1-ci yeri tutub. Eyni yaş qrupunda mübarizə aparan Yağmur Məmmədli 3-cü yerlə kifayətlənib. Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi isə, qarışıq qoşa yarışlarında mükafatçılar sırasında yer alıb. 16 yaşlı idmançılar U-19 yaş dərəcəsində üçüncü yeri tutublar.
 
Qeyd edək ki, Batumi sınaqlarında ev sahibi Gürcüstanla yanaşı, Azərbaycan, Türkiyə, ABŞ, İngiltərə, İsrail, Qazaxıstan, Özbəkistan, Ukrayna, Belarus və Litva komandaları iştirak edirdilər.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31