Digər idman növləri
“Azərxalça” Formula 1-ə gələn qonaqları xalçaçılıq sənəti ilə tanış edir

Formula 1 Azərbaycan Qran-Prisində Bakıdakı yarış ərazisində “Azərxalça” ASC tərəfindən yaradılan milli güşə Azərbaycanın ənənəvi incəsənətini və müasir idman dünyasını birləşdirən unikal layihədir.
Futbolxeber.az saytının məlumatına görə, bir neçə hissədən ibarət olan bu güşənin yaradılmasının əsas məqsədi Azərbaycan mədəni irsinin zənginliyini Formula 1 həyəcanı ilə vəhdətdə təqdim etməkdir.
Milli pavilyonunun əsas diqqət mərkəzi Azərbaycanın dünya miqyasında tanınan sənət növlərindən biri qədim xalçaçılıq sənətidir.
“Azərxalça” ASC yarışlarda əsas iki istiqamətdə fəaliyyət göstərir. Mərkəzi kompozisiya məşhur meksikalı yarışçı Sergio Perezə həsr olunub, onu şərəfinə xalça toxunub. Səbəb isə məhz Perezin Formula 1 Azərbaycan Qran-Prininin iki dəfə qalibi olmasıdır. Xalçanın ən diqqətçəkən elementi Sergio Perezin kuboku əlində tutduğu müasir üslubda hazırlanmış portretidir. Bu portret ənənəvi xalça motivləri ilə birləşərək, həm qədim Azərbaycan xalçaçılıq sənətinə, həm də müasir idman dünyasının təmsilçilərinə dərin ehtiram göstərir.
Arxa fon kimi istifadə olunan Qarabağın məşhur "Əjdaha" xalçası xüsusi diqqətə layiqdir. Bu xalça Azərbaycanın mədəniyyətində əhəmiyyətli yer tutur və güc, qoruma, həmçinin rifahın simvoludur. Lakin bu xalça ənənəvi rəng paletindən fərqli olaraq Meksika bayrağının yaşıl və sarı rənglərində hazırlanıb. Xalçada yaşılın müxtəlif tonları və sarı rənglər istifadə edilib ki, bu da Sergio Perezin Meksika köklərinə bir ehtiram göstərir.
Xalça unikal çərçivədə – qutuda təqdim olunur və bu qutu əsl xalçalarla bəzədilib. Bu xalçalar üzərində Formula 1-in əsas ornamentləri və simvolları öz əksini tapır. Qutunun dizaynı Azərbaycanın xalçaçılıq ənənələrinin müasir yarış simvolikası ilə sintezini nümayiş etdirir. Eyni üslubda hazırlanmış kubok qutusu da diqqətəlayiqdir. Hər iki qutu ənənəvi Azərbaycan naxışlarını müasir idman atributları ilə birləşdirərək, həm sənətkarlıq, həm də müasir idman ruhunu yaşadır. Xalçanın özü təbii ipək və yun materiallarından hazırlanıb və unikal relyefli 3D texnika ilə toxunub. Bu texnika xalçaya xüsusi dərinlik və həcm qatır, naxışlar və motivlər daha aydın və gözoxşayan formada görünür. Belə dekorasiya tədbirin milli-mədəni kontekstini Formula 1-in qlobal səhnəsinə çıxarır, yarışın simvollarını Azərbaycan xalçaçılığının zəngin ornamentləri ilə ifadə edir. Təbii materialların istifadəsi xalçanın keyfiyyətini və davamlılığını artırır, onu həm estetik, həm də funksional baxımdan yüksək dəyərli bir sənət əsərinə çevirir. Sergio Perezin şərəfinə toxunan xalçanın sentyabr ayının 14-də möhtəşəm təqdimat mərasimi baş tutdu, idmançı özü mərasimdə iştirak etdi, gözəl və dəyərli hədiyyə üçün hər kəsə təşəkkürünü bildirdi.
Bu cür mədəniyyətlərarası dialoq, xalçaçılıq sənətinin və Formula 1-in simvolikasının birləşdirilməsi, həm Azərbaycanın zəngin mədəni irsini, həm də qlobal idman dünyasında tanınan təmsilçiliyi bir araya gətirir. Milli güşə həm yerli, həm də xarici qonaqlar üçün Azərbaycanın ənənələrini və müasir dövrdə dünya ilə olan əlaqələrini dərk etməyə və hiss etməyə imkan yaradır.
Güşənin ən maraq doğuran hadisələrindən biri də həm yerli, həm də xarici qonaqların Formula 1 şərəfinə toxunan xalçaya ilmə ata bilmə imkanın olmasıdır. Tədbir qonaqları xalça toxuma prosesində birbaşa iştirak edə və öz əlləri ilə bir neçə ilmə bağlaya bilərlər. Bu proses iştirakçılara xalçaçılıq sənətinin nə qədər incə və zəhmət tələb edən olduğunu göstərir, eyni zamanda onları ənənəvi sənətkarlığın bir hissəsinə çevirir. Tədbirdə dəzğahda təqdim olunan xalça Formula 1-in loqosunun təsvirini əks etdirir. Bu xalçada iki əsas – ağ və qırmızı rənglərdən istifadə olunub. Bu sadə və gözoxşayan rəng seçimi, Formula 1-in ikonik loqosunun təravətli və müasir versiyasını təqdim edir, eyni zamanda bu təmsil olunan dizaynın müxtəliflik və dinamizmini vurğulayır.
Sonda “Azərxalça” ASC -nin toxucusu və qonaqlar tərəfindən toxunan xalça Formula 1 muzeyinə hədiyyə olunacaq.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-da dəyişiklik: Departament rəhbərinin müqaviləsi yenilənmədi
- Vüqar Nadirovla yolları ayıran “Şəmkir”də yeni baş məşqçi
- Erkin İbrahimov “Kəpəz”dən gedir?
- İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
- “Neftçi”nin Polşadakı düşərgəsinə yeni legioner qoşuldu
- “Səbail” “Bakı”nın daha bir yetirməsini transfer etdi
- “Səbail”in hücumçusu legioner həyatı yaşayacaq - ÖZƏL
- “Şelburn” - “Qarabağ” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- Rəşad Sadıqovdan “Neftçi” rəhbərliyinə təşəkkür
- "Zirə" 4-cü transferini reallaşdırdı
- Zaur Axundov: “Sevinirik, lakin hələ heç nə bitməyib”
- “Lill”in yetirməsi “Neftçi”də - SON DƏQİQƏ
- PFL I Liqanın başlama tarixini açıqladı
- “Neftçi" "Hapoel"lə heç-heçə etdi
- Hamidu Keyta “Araz-Naxçıvan”da
-
14:00
Azərbaycanlı hakim UEFA Superkuboku oyununa təyinat aldı
-
13:28
"Araz-Naxçıvan"ın rəqibi qapıçısı ilə vidalaşıb
-
12:51
"Flamenqo" "Atletiko"nun yarımmüdafiəçisini transfer etdi
-
11:32
"Səbail"i Mərakeş klubuna dəyişdi
-
11:09
45 yaşlı Quiza 7-ci liqa klubunda
-
10:46
“Neftçi” Lüksemburq millisinin hücumçusunu transfer etdi
-
10:23
DÇ-2026: Püşkatmanın vaxtı və məkanı məlumdur
-
09:54
"Neftçi" Çempionlar Liqasında mübarizəyə başlayır
-
09:37
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:15
"Qarabağ" "Şelburn"a qarşı
-
22:35
"Sumqayıt" İtaliya A Seriyasında oynamış futbolçunu transfer etdi
-
20:41
"Səbail" növbəti transferini açıqladı
-
20:17
"Turan Tovuz" Türkiyə klubu ilə heç-heçə oynadı
-
18:58
Abdullazadə daha iki il “Sumqayıt”da
-
18:26
Qurban Qurbanov: “Hücum xəttindən razıyam, sadəcə...”
-
18:00
“Bavariya”da yeni müqavilə
-
17:34
Azərbaycanlı qadın hakimə UEFA-dan təyinat
-
17:19
Boksçularımız Almaniyada yarışacaqlar
-
16:45
"Karvan"da ayrılıq
-
15:52
"Qarabağ" - "Şelburn" oyununa nə qədər bilet satılıb?
-
15:33
Polşa millisinin müdafiəçisi “Portu”da
-
15:21
Rəşad Sadıqov: “O baxımdan “Hayduk”un üstünlüyü var”
-
14:08
"Araz-Naxçıvan” Salonikidədir
-
13:46
“Turan Tovuz”dan ayrılan müdafiəçi “Səbail”də
-
12:57
“Qarabağ”ın oyununa görə sabah metro gücləndirilmiş rejimdə işləyəcək
-
12:34
“Zirə” Xorvatiyaya yollandı
-
12:19
Azərbaycan atıcıları Fransada uğurla çıxış ediblər
-
12:02
Hədəflər ayrıdırsa... - QEYD
-
11:43
Duqlas Luis “Yuventus”dan gedir
-
11:21
I Liqa klubunda yeni müqavilə
-
10:55
Şotlandiya klubu “Milan”ın hücumçusu ilə maraqlanır
-
10:38
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
"Turan Tovuz" Türkiyə klubuna qarşı
-
10:07
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 2 medal qazanıb
-
09:49
“Səbail” yeni mövsümün hazırlıqlarına başladı FOTOLENT
-
09:24
Caka karyerasını İngiltərədə davam etdirəcək
-
09:00
“Çelsi” qapıçısını icarəyə verdi
-
20:58
Rüstəm Əhmədzadə “Sumqayıt”da
-
20:35
Qvardiola: “Mənim 75 yaşım var”
-
20:09
Filipinyo “Araz-Naxçıvan”da
-
19:46
“Everton”u yapon futbolçu ilə maraqlanır
-
19:24
Tahir Gözel: “Hücumçu və hücuma dəstək verəcək mövqelərə oyunçu istəyirik”
-
18:57
Sabiq “Sumqayıt”lı ölkəsinə qayıtdı
-
18:32
“Səbail” “Araz-Naxçıvan”ın qapıçısını transfer etdi
-
18:11
Salifu Suma: “Malmö”də olmaq mənim üçün çox önəmlidir”
-
18:00
“Milan” “Brügge”yə yeni təklif göndərdi
-
17:28
Adli Premyer Liqa klubunun hədəfində
-
16:15
"Anderlext"dən "Araz-Naxçıvan"a
-
15:53
“Turan Tovuz” sabah Türkiyə klubu ilə qarşılaşacaq
-
15:39
Elmar Baxşıyevin köməkçiləri ilə yeni müqavilə imzalandı
30.07.2025
29.07.2025
28.07.2025













