2 Avqust 2025, Şənbə
“Neftçi” AEL-lə heç-heçə oynadı
Andrade: “Xarakter göstərdik”
“Zirə” avrokuboklarla vidalaşdı
"Araz-Naxçıvan" III mərhələdə!

Ölkə futbolu

"Sumqayıt" İtaliya A Seriyasında oynamış futbolçunu transfer etdi

"Sumqayıt" növbəti transferini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

"Kimyaçılar" ötən mövsümü Serbiyanın "Tekstilaç" klubunda keçirmiş Nikola Ninkoviç ilə 1+1 illik müqavilə imzalayıb. 30 yaşlı hücumameyilli yarımmüdafiəçi "Sumqayıt"da "10" nömrəli formada çıxış edəcək.

Nikola Ninkoviç karyerası ərzində "Partizan" (Serbiya), "Kyevo", "Empoli", "Cenoa", "Askoli", "Breşiya" (hamısı İtaliya) kimi klublarda çıxış edib. O, Serbiya millisinin heyətində keçirdiyi 4 oyunda 1 qol ilə yadda qalıb.

Qeyd edək ki, "Sumqayıt" daha öncə Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadəni transfer edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31