12 Oktyabr 2025, Bazar günü
U-17 millimiz darmadağın oldu
AFFA Santuşa təzminat ödəyib
Millimiz Fransaya uduzdu
U-21-dən biabırçı məğlubiyyət

Digər idman növləri

AMADA Paris-2024-ə lisenziya qazanan Azərbaycan güləşçiləri üçün seminar təşkil edib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan güləşçiləri üçün maarifləndirici seminar təşkil edib.
 
Futbolxeber.az saytının Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qubada keçirilən seminarda Paris olimpiadasına aid antidopinq qaydaları barədə ətraflı məlumat verilib.
 
Bura antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, bu prosesdə idmançıların hüquq və öhdəlikləri, dərman preparatlarının yoxlanılması, terapevtik istifadə üçün istisna və digər mövzular daxildir.
 
Paris olimpiadasında ölkəmizi təmsil edəcək güləşçilər, digər yığma üzvləri, o cümlədən məşqçilər və həkimlər AMADA-nın yeni fəaliyyətə başlayan maarifləndirici platformaları barədə də məlumatlandırılıblar.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31