12 Oktyabr 2025, Bazar günü
U-17 millimiz darmadağın oldu
AFFA Santuşa təzminat ödəyib
Millimiz Fransaya uduzdu
U-21-dən biabırçı məğlubiyyət

Digər idman növləri

Azərbaycan ilə Çexiyanın antidopinq qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakıda Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə Çexiya Antidopinq Komitəsinin rəhbərliyi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
 
Futbolxeber.az saytına AMADA-dan verilən məlumata görə, tərəflər qadağan edilmiş vasitələrin və üsulların istifadəsinə qarşı mübarizə sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri, təcrübə mübadiləsinin aparılması məqsədilə anlaşma memorandumunun imzalanması imkanlarını müzakirə ediblər.
 
Hər iki tərəf antidopinq proqramlarının təkmilləşdirilməsinə yönəlmiş innovativ layihələr üzərində birgə fəaliyyətdə maraqlı olduğunu bildirib.
 
Görüşdə idmançılara və idmançı köməkçi heyətinə dərman vasitələrinin Ümumdünya Antidopinq Agentliyinin (WADA) qadağan edilmiş siyahısında olub-olmadığını yoxlamağa imkan verəcək mobil proqramın hazırlanmasına xüsusi diqqət yetirilib.
 
Bu proqram təmiz idmanın təmin edilməsində və idmançıları qadağan edilmiş maddələrin qəsdən istifadəsindən qorumaqda mühüm vasitə olacaq.
 
Çexiya Antidopinq Komitəsinin rəhbəri Martin Çizjek AMADA ilə əməkdaşlıq etmək imkanından məmnun olduqlarını bildirib.
 
AMADA-nın icraçı direktorunun müavini Rüfət Efendiyev öz növbəsində bu tərəfdaşlıqda böyük potensial gördüklərini vurğulayıb: "Mobil tətbiqin hazırlanması kimi innovativ yanaşmalar bizə antidopinq standartlarını yeni səviyyəyə qaldırmağa imkan verəcək”.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31