16 Avqust 2025, Şənbə
"Qəbələ" qələbəni əldən verdi
Yeni mövsümün ilk qolu vuruldu
"Omoniya" layiqli qələbə qazandı"
"Neftçi" kapitanlarını açıqladı

Digər idman növləri

Azərbaycan gimnastı: “Karyeramda ən böyük dəstəkçim anamdır”

“Azərbaycandakı Dünya Kubokunda ilk dəfədir iştirak edirəm. Halqa ilə yaxşı çıxış etməyimə baxmayaraq, topla çıxışımdan razı qalmadım. Bəzi səhvlərə yol verdim. Ümid edirəm ki, sabah daha yaxşısını edəcəyəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri bədii gimnastika üzrə Azərbaycan millisinin üzvü Kamilla Seyidzadə Bakıda keçirilən Dünya Kubokundakı çıxışı barədə danışarkən deyib.

İdmançı azarkeşlərə arenaya gəlib onları dəstəklədikləri üçün təşəkkür edib: “Azarkeşlərimizin dəstəyini hiss etmək bizi olduqca sevindirir. Anam da mənim uğurlarımı görmək üçün hər zaman olduğu kimi bu gün buradadır. Karyeramda ən böyük dəstəkçim məhz anamdır. O, mənim nailiyyət əldə etməyim üçün çox əmək sərf edib. Lakin bu sahəyə həvəs göstərməyimdə əsas səbəbkar rusiyalı gimnast Marqarita Mamundur. O, mənim kumirimdir. Ondan çox ilhamlanıram”.

Qeyd edək ki, bu gün start götürən Dünya Kubokuna aprelin 21-də yekun vurulacaq.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31