9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Bakıdakı güləş yarışının açılış mərasiminin proqramı açıqlandı

Aprelin 5-7-də Milli Gimnastika Arenasında keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasiminin proqramı müəyyənləşib.

Futbolxeber.az saytına Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, açılış mərasimi sabah saat 17:30-da başlayacaq.

Tədbirin rəsmi hissəsində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev və UWW-nin vitse-prezidenti Teodoros Hamakos çıxış edəcəklər.

Açılış mərasiminin bədii hissəsində isə "Talant şou" rəqs qrupunun çıxışı olacaq.

Xatırladaq ki, bu yarışda hər çəkidə 2 güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31