8 Aprel 2020, Çərşənbə
Dsdaşov yenidən icarəyə verilir?
Rüştü Rəcbər xəstəxanadan buraxıldı
Millimizi Di Françesko çalışdıracaq?
“Qəbələ”: 78 penaltidən 61-i qol olub

Digər idman növləri

Olimpiya məşəli Yaponiyada

Olimpiya Oyunlarının məşəli Yunanıstandan Yaponiyanın şimal-şərqində yerləşən Miyaqi bölgəsinə aparılıb.

Futbolxeber.az saytının məlumatına görə, məşəlin qarşılanma mərasimində Tokio 2020 Təşkilat Komitəsinin sədri Yesiro Mori, Yaponiya Olimpiya Komitəsinin prezidenti Yasuhiro Yamasita, cüdo üzrə üçqat olimpiya çempionu Tadahiro Nomura və sərbəst güləş üzrə üçqat olimpiya çempionu Saori Yesida iştirak edib.

Martın 26-dan Yaponiyada məşəlin estafeti başlayacaq. Lakin yerli hökumət orqanları koronavirusun yayılma təhlükəsinə görə insanları estafetin marşrutu boyunca kütləvi cərgəyə düzülməkdən çəkinməyə çağırıb.

Yunanıstanda məşəlin alovlandırma mərasimi isə ilk dəfə azarkeşsiz keçirilib. Buna koronavirus pandemiyası səbəb olub.

Qeyd edək ki, 32-ci Yay Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək Tokioda keçiriləcək.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2020
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30