14 Avqust 2025, Cümə axşamı
“Qarabağ”ın pley-offdakı rəqibi bilindi
AFFA prezidentindən təbrik
"Qarabağ" ÇL-in pley-offunda!
"Araz-Naxçıvan" Nikosiyadadır

Digər idman növləri

Voleybol Federasiyası məşqçi-müəllimlər üçün kurs təşkil edəcək

Azərbaycan Voleybol Federasiyası (AVF) növbəti dəfə məşqçi-müəllimlər üçün “1-ci dərəcə” məşqçi kursu təşkil edəcək.

Futbolxeber.az saytının məlumatına görə, Naxçıvanda İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutacaq kursda qurumun Naxçıvan filialının tərkibinə daxil olan şəhər və rayonlardan məşqçi-müəllimlər iştirak edəcəklər.

Nəzəri və praktik hissələrdən ibarət olacaq dərsləri federasiyanın Təlim və aşağı yaş qruplarının rəhbəri Doc.Dr.Cengiz Akarçeşme keçəcək. Sonda təşkil olunacaq imtahandan uğurla keçəcək mütəxəssislər AVF-nin “1-ci dərəcə” sertifikatını alacaqlar.

Qeyd edək ki, kurslar 14-20 iyul aralığında təşkil olunacaq. 2024-cü ildə Qəbələdə (9-12 avqust), Sumqayıtda (21-26 sentyabr) və Bakıda (7-22 dekabr) “1-ci dərəcə” məşqçi kursları keçirilib. Federasiya tərəfindən digər bölgələrdə də kurslar da təşkil olunacaq. “1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31