15 Avqust 2025, Cümə
“Qarabağ”ın pley-offdakı rəqibi bilindi
AFFA prezidentindən təbrik
"Qarabağ" ÇL-in pley-offunda!
"Araz-Naxçıvan" Nikosiyadadır

Ölkə futbolu

Elmar Baxşıyevdən qələbə şərhi

“Araz-Naxçıvan” bu gün Ərzurumda təlim-məşq toplanışı çərçivəsində yerli “Bayburtspor” üzərində 14:0 hesabı ilə qələbə qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev klubun mətbuat xidmətinə açıqlamasında böyük hesablı qələbəni şərh edib.

Təcrübəli mütəxəssis bildirib ki, bu cür matçlarda nəticə önəmli deyil:

“İyulun 6-dan hazırlığımızı Ərzurumda davam etdiririk. Gün ərzində 2 məşq keçirik. Futbolçular günün birinci yarısında fitnes-zalda, ikinci məşqi isə meydanda reallaşdırır. Bu, ilk yoxlama oyunumuz idi. Əlbəttə, rəqibimizin nəyə qadir olduğu haqda məlumatlı idik. Ona görə də bütün futbolçuları sınamaq və oyun ritminə gətirmək istəyirdik. Məqsədimiz yeni futbolçuların komandaya uyğunlaşması, xətlərarası əlaqənin yaxşılaşdırılması idi. Bu cür oyunlarda nəticə yox, meydana çıxan futbolçuların verilən tapşırıqları nə dərəcədə icra etməsidir. Hər kəs istəkli idi. Çalışmalarımız davam edir. Rəsmi oyuna qədər olan müddətdən maksimum istifadə etmək və hazır olmaq istəyirik”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31