1 Yanvar 2026, Cümə axşamı
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı
“Səbail”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Avropa Oyunları: Daha dörd boksçumuz 1/8 finalda

Azərbaycan yığmasının daha iki boksçusu Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə start verib.

Futbolxeber.az saytının məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionu Cavid Çələbiyev 1/16 final döyüşündə Bosniya və Herseqovina təmsilçisi Nikola İvkoviçlə qarşılaşıb. Rəqibinə 5:0 hesabı ilə qalib gələn C.Çələbiyev 1/8 finalda Dorin Buska (Moldova) ilə döyüşəcək. Həmin görüş iyunun 25-də olacaq.

81 kq çəki dərəcəsində çıxış edən Alfonso Dominqes isə 1/16 final mərhələsində Stepan Hrekul (Ukrayna) ilə görüşüb. Boksçumuz 3:0 hesabı ilə qalib gələrək, 1/8 finalda Belarus təmsilçisi Mixail Dauhalyavetsə rəqib olub. Bu qarşılaşma da iyunun 25-də keçiriləcək.

Qeyd edək ki, Çələbiyev və Dominqesə qədər Tayfur Əliyev (56 kq), Lorenzo Sotomayor (69 kq) və Kamran Şahsuvarlı (75 kq) 1/8 finala yüksəlib.     

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31