Minifutbol
“Millimiz ən azı dördlüyə düşməli idi” - Mütəxəssis rəyi

Minifutbol üzrə ölkə çempionatının gümüş medalçısı “Aznur”un baş məşqçisi Rəcəb Fərəczadənin Futbolxeber.az saytına müsahibəsi
- Milli komandamız Avropa çempionu titulunu qoruya bilmədi. Yığmamızın mübarizəni belə erkən dayandırması sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Son Avropa çempionu olaraq millimiz ən azından dördlüyə düşməli idi. Hamı komandadan bunu gözləyirdi. Biz o nailiyyəti qazanmışıqsa, çətin olsa da, onu qorumağa çalışmalıydıq. Qazaxlar çox yaxşı komandadırlar. Dünya çempionatında da onlar bizi dayandırdılar.
- Uğursuzluğun səbəbini nədə görürsünüz?
- Konkret bir səbəb görmürəm. Komandamızda bir qədər dinamika çatmırdı. Bəzi oyunçularda hərəkətlilik çox az idi. Millimiz 3-4 dəqiqə interval ilə iki beşliklə oynayırdı. Bir qədər dinamikanı, sürəti artırsaydılar, meydanda topsuz bir az çox hərəkət etsəydilər, bəzi boşluqlar tapmaq olardı.
- Titulu qorumaq üçün yarışa yollanan kollektivin yarımfinala belə yüksələ bilməməsini fiasko saymaq olar?
- Fiasko deməzdim. Qrup oyunlarını komandamız 9 xalla başa vurdu. Həm də unutmayaq ki, qazaxlar son dünya çempionatının ikincisidilər, zəif deyillər.
- Nəticə bir kənara, sırf oyun baxımından komandamızın çıxışına necə qiymət verə bilərsiniz? Sosial şəbəkələrdə azarkeşlər bildirirdilər ki, milli komandamız əvvəlki Avropa çempionatındakı kimi parlaq oyun sərgiləmir...
- Azarkeşlər azarkeş kimi baxır. Onların fikrinə nəsə deyə bilmərəm. Amma mənim gördüyüm odur ki, komandamız elə görünürdü ki, sanki bəzi oyunçularda o qədər motivasiya yox idi. Hərəkətlilik az idi. Hərəkəti artırsaydılar, nəticə əldə etmək olardı.
- Baş məşqçini heyət baxımından qınayanlar da çoxdur. İstər qitə çempionatına aparılan heyət, istərsə də bu Avropa çempionatının gedişində meydana buraxılan heyətin düzgün olmadığı barədə fikirlər səslənir.
- Hər məşqçi öz prinsipindən yanaşır. Yalnız bunu deyə bilərəm.
- Razısız ki, uğur qazanmaq üçün gücdən əlavə, bəzən müəyyən idman hiyləgərliklərinə də əl atmalısan? Məsələn, qrupda son turda Fransaya uduzub ikinci yeri tutsaydıq, finala gedən yolumuz daha rahat olardı.
- Razıyam ki, 1/8 finaldan etibarən millimiz çox çətin tərəfdə yer aldı. 1/4 finalda qazaxlar, sonra rumınlar... Digər tərəfdə isə zəif komandalar yer almışdı. Finala qədər ciddi müqavimət görməyəcəkdik. Ən azından hiyləgərlik də göstərmək lazımdır. Daha zəif rəqiblə qarşılaşmaq olardı. Amma ümumi götürdükdə çempion olmaq üçün əvvəl-axır istənilən rəqiblə üz-üzə gəlməlisən. Ola bilər məşqçilər korpusu hesab edib ki, 1/4 finalda qazaxlarla, daha sonra rumınlarla üz-üzə gəlmək millimizin xeyrinədir.
- Dünya çempionatından sonra Avropa çempionatında da medalsız qaldıq. Gələn il isə mundiala ev sahibliyi edəcəyik. Fikrinizcə, bu 1 il ərzində nələri dəyişmək lazımdır ki, 2025-ci ildə dünya çempionatında daha yaxşı çıxış edək?
- Dünya çempionatına ev sahibliyi etmək bizim üçün ikiqat məsuliyyətdir. Amma minifutbolun inkişafı tək milli komandadan asılı olan məsələ deyil. İlk növbədə Azərbaycan çempionatı daha səviyyəli, daha maraqlı keçməlidir. Eləcə də bəzi işlər görülməlidir ki, 21, 23 yaşlı komanda olsun. Hər komandada 1, ya 2 cavan oyunçu limitinə ehtiyac var. Əsas problemlərdən biri də futbolçuların eyni zamanda 2-3 liqada oynamalarıdır. Bu səbəbdən də matçlara tam ciddi hazırlaşa bilmirlər - səhər bir oyun, axşam başqa oyun. Böyük futboldan futzala, futzaldan minifutbola, minifutboldan da dəniz futboluna keçid edirlər. Onları qınamıram. Məvacib az olduğu üçün başqa yerlərdə də oynamaq məcburiyyətində qalırlar. “Birbaşa Bakı”, “Zirə”, bir qədər də “Aznur”u çıxmaq şərti ilə digər komandalar həftədə 1 dəfə məşq edirlər. Klublarda məşqlərin sayı artırılmalıdır. Bunun üçün də maliyyə durumun imkan verməlidir ki, ən azı icarəyə zal götürüb məşq edə biləsən. Ümumiyyətlə, bu, bir qədər geniş müzakirədir. Hər şeyi millinin üstünə atmaq olmur. İstənilən halda inanıram ki, 2025-ci ildə daha fərqli komanda görəcəyik.
İbrahim CƏFƏROV

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”dan növbəti biabırçılıq: Komanda hava limanından geri qaytarıldı
- “Neftçi”nin legioneri: “Bu, penaltidirsə, mən futbolla vidalaşaram”
- VI turun hakim təyinatları açıqlandı
- Yenə “Sabah”, yenə hakim biabırçılığı...
- Ozobiç: “Onların yaxşı komanda olması heç nəyi dəyişmir, səfərə 3 xal üçün gedəcəyik”
- “Sabah”ın qolunu alqışlayan AFFA-nın vitse-prezidenti... - TƏƏSSÜRAT
- Elvin Məmmədov: “Bu dəqiqə o riski edə bilmərik”
- Prezident “Qarabağ”ı təbrik etdi
- "Benfika" - "Qarabağ" oyununun hakimləri açıqlandı
- Elvin Məmmədov: “Səhvlər olacaq, lakin getdiyimiz yoldan dönmək istəmirik”
- Murad Xaçayev: “Bu nədirsə, futbolla bağlı deyil...”
- Azərbaycan klubu ilə müqavilə imzalamağa gələn qapıçı sərhəddə saxlanıldı
- “Qurban olum, Qurban hocaya”
- Ramil Əhmədov Elitar divizionda rəqiblərini üstələdi
- Rusiya klubu "Neftçi"nin 150 minlik təklifini geri çevirib
-
18:57
Elxan Abdullayev: “Fərdi ustalıqda bizi qabaqlayırdılar”
-
18:13
Pirallahıda triatlon üzrə Azərbaycan çempionatı keçirilib
-
18:00
"Kəpəz" sabiq futbolçusunu geri qaytardı
-
17:38
U-19 millimiz Özbəkistana uduzdu
-
13:45
Azərbaycanlı alpinistdən bəhs edən film İtaliyada qalib olub
-
13:22
Dünya reytinqi: “Qarabağ” irəlilədi, “Araz-Naxçıvan” və “Zirə” gerilədi
-
12:04
Şəhid və qazi övladları “Neftçi”nin qonağı olublar FOTOLENT
-
11:31
Serbiya millisinin baş məşqçisi istefa verdi
-
11:16
Tovuz şəhər stadionunun son vəziyyəti FOTOLENT
-
10:59
“Neftçi”nin yarımmüdafiəçisi DÇ-2026-nın bir addımlığında
-
10:47
"Sumqayıt" məşqlərini davam etdirir FOTOLENT
-
10:23
Azərbaycan cüdoçuları ilk gündə dörd medal qazanıblar
-
10:00
Türkiyə səfərdə Bolqarıstanı darmadağın etdi VİDEO
-
22:15
U-17 millimiz darmadağın oldu
-
17:43
Gəncədə Avropa çempionatı keçiriləcək
-
16:36
Millimizin oyunu qazaxıstanlı hakimlərə tapşırıldı
-
15:51
Boksçularımız Özbəkistanda təlim-məşq toplanışı keçəcəklər
-
14:09
Ukrayna - Azərbaycan oyununun hakimləri açıqlandı
-
12:28
“Neftçi” üçün seminar
-
12:14
AFFA Santuşa təzminat ödəyib
-
11:47
Rebrov: “Azərbaycana qalib gəlməsək, bu qələbənin də dəyəri olmayacaq”
-
11:00
Rabyo: “Azərbaycan millisini qaçmağa məcbur etdik”
-
10:39
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:53
Rəşad Eyyubov biabırçı məğlubiyyəti şərh etdi
-
09:25
Ayxan Abbasov: “Futbolçularıma əzmkarlığa görə təşəkkür edirəm”
-
09:12
Didye Deşam: “7 qol imkanımız var idi, 3-nü vurduq”
-
00:41
Millimiz Fransaya uduzdu
-
21:56
U-21-dən biabırçı məğlubiyyət
-
21:19
Şahmatçılarımız Ermənistana qalib gəldi
-
19:26
Bakı Olimpiya Stadionunun son durumu - “Qarabağ” burada necə oynasın?
-
19:01
“Barselona”nın futbolçusunun əvəzinə “Sumqayıt”ın Ronaldosu
-
18:17
“Araz-Naxçıvan” I Liqa klubu ilə heç-heçə etdi
-
17:58
“Ordu” “Quba”nı məğlub etdi
-
17:34
Voleybol üzrə Yüksək Liqaların start tarixi dəqiqləşib
-
16:45
Millimizin üzvü dünya çempionatında bürünc medal qazanıb
-
16:29
Bilalhəbaşi Nəzərov Azərbaycanın boks tarixinə düşüb
-
16:13
Azərbaycan Kuboku: II təsnifat mərhələsinin bütün cütləri müəyyənləşdi
-
16:00
"Göygöl" və "Xankəndi" II mərhələdə
-
15:52
“1 saat sonra agentim yığdı, dedi ki, “Qarabağ”dan zəng vurublar”
-
15:36
“Atletik” - “Qarabağ” oyunu 110 manata...
-
15:13
Arnautoviç Avstriya millisinin rekordçusu oldu
-
14:48
"Neftçi" İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək?
-
14:27
Ulduz futbolçunun evində yanğın olub
-
14:09
"Bakı" hər iki oyununu səfərdə keçirəcək
-
13:31
Azərbaycanın 6 parapauerliftinqçisi dünya çempionatında çıxış edəcək
-
13:14
Əlcəzair millisi DÇ-2026-nın 20-ci iştirakçısı oldu
-
12:55
Azərbaycan millisinin qrupunda 12:0 hesabı
-
12:42
“Araz-Naxçıvan”ın qapıçısı Rumıniyaya qarşı oynadı
-
12:23
“Neftçi”nin yarımmüdafiəçisi darmadağını kənardan izlədi
-
12:00
“Komanda ən yaxşı formasından uzaq olsa da, nəticələrdən razıyıq”
12.10.2025
11.10.2025
10.10.2025













