21 Avqust 2025, Cümə axşamı
I Liqada yeni mövsümün püşkü atıldı
Qurban Qurbanovdan qələbə şərhi
“Qarabağ” “Ferensvaroş”a qalib gəldi
“Bir xal da bizim üçün xeyirlidir”

Ölkə futbolu

Azərbaycan Superliqasının qalibi müəyyənləşib

Çimərlik futbolu üzrə Azərbaycan Superliqasının qalibi müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, son turda “Marafon” üzərində 7:4 hesablı qələbə qazanan VTB ölkə çempionu olub.

“Marafon” isə yarışı ikinci pillədə başa vurub. “Dirçəliş”i 5:4 hesabı ilə məğlub edən “Çinar Zəngilan” bürünc mükafat əldə edib.

13 qola imza atan Elgün Abbaslı (“Çinar Zəngilan”) turnirin ən məhsuldar oyunçusu üçün ayrılan mükafata yiyələnib. Ən yaxşı qapıçı Elçin Qasımov (VTB), ən yaxşı oyunçu isə Orxan Məmmədov (“Marafon”) seçilib.

Qeyd edək ki, Superliqanın qalibi Azərbaycanı “Euro Winners Cup”ın əsas mərhələsində təmsil edəcək. Gümüş mükafatçı “Marafon” isə bu yarışın pley-offu sayılan “Euro Challengers”ə qatılacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31