5 Noyabr 2025, Çərşənbə
Ayın qolunun qalibi mükafatlandırıldı
"3 xala çox ehtiyacımız var”
Sadıq Sadıqov vəzifəsindən getdi
Abubakar son 6 ilin ilkinə imza atdı

Ölkə futbolu

Qurban Qurbanovun mətbuat konfransı olacaq

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Ayaks” (Niderland) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı oktyabrın 23-də saat 13:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 17:00-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azersun Arena”da keçiriləcək.
 
Qonaq komandanın baş məşqçisi Françesco Fariolinin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18:00-da start götürəcək. Niderland təmsilçisinin “Neftçi Arena”da keçiriləcək ilk 15 dəqiqəsi açıq olacaq məşqi 12:45-də başlayacaq.
 
Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək “Qarabağ” – “Ayaks” görüşü saat 20:45-də başlayacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30