Ölkə futbolu
Vaqif Cavadov istefa şüarı haqda: "Ya kiminsə sifarişidir, ya da...."

"Çox yaxşı başladıq. Oyun ərzində də üstün tərəf biz idik. Sadəcə "Turan Tovuz" fərdi səhvlərimizdən istifadə edib qapıya 4 zərbə endirdi və qollar vurdu. Ümumilikdə komandadan razıyam. Futbolçularım yavaş-yavaş fiziki cəhətdən daha da yaxşılaşacaq. İstədiyimiz daha da sürətli futbolun şahidi olacağıq. Bugünkü məğlubiyyətin məsuliyyətini mən daşıyıram, futbolçuların heç bir günahı yoxdur. Nəzarət bizdə idi. Şanssızlıq məğlubiyyətə gətirib çıxardı".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın müvəqqəti baş məşqçisi Vaqif Cavadov Azərbaycan Premyer Liqasının 10-cu turunun "Turan Tovuz"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçuların fiziki durumunun yaxşı olmadığını düşünürsünüz?
- Samir Abasov ən azından Azərbaycanda sayılıb-seçilən məşqçilərdən biridir. Komandanı tərk edibsə, onun haqda danışmağa ehtiyac duymuram. Etdiyi işlərə görə təşəkkür edirəm. "Sumqayıt" üçün böyük işlər görüb. Ona "Neftçi"də uğurlar arzulayıram. Komandanı bir həftədir ki, götürmüşəm. Bəzi futbolçuların meydanda göstərdiyi performansı.... Onu siz də görürüsüzsə, mənim bu haqda danışmağıma ehtiyac yoxdur. Futbol hazırda fiziki güc tələb edir. Bu yöndə çalışacağıq. İnanıram ki, yaxın zamanda çatışmazlıqları aradan qaldıracağıq.
- Oyun planınız nədən ibarət idi?
- Cinah ötürmələrimizdən sonra "Turan Tovuz" böyük problemlər yaşayırdı. İlk 10 dəqiqədəki epizodlarımız və vurduğumuz qollar da cinah ötürmələrindən sonra yaranmışdı. Əksinə, "Turan Tovuz"un hücumlarının qarşısını aldıq. Rəqibin üstün cəhəti hava topları idi. Sırf bizim oyunçularımızın orta xətdəki fərdi səhvlərinə görə, bu gün qollar buraxdıq. Rəqibin vurduğu qollar da gözəl alındı. "Turan Tovuz"un dominant futbol oynadığını görmədim. Əks-hücumda bizi tutmadılar.
- Premyer Liqada, "Sumqayıt"da baş məşqçi kimi işləməyə özünüzü hazır hesab edirsiniz?
- Mən vəzifəyə qaçmamışam, indi də qaçmıram. Karyeramı bitirdikdən sonra U-17, U-19, daha sonra əvəzedici heyətlə çalışdım. Mən hansısa komandada köməkçi məşqçi də işləyə bilərdim. Amma aşağı yaş qruplarından başladım. Pillə-pillə. Bu gün özümü hazır hiss etməsəydim, rəhbərlik də bunu hiss etməsəydi... Sabah baş məşqçi kimi karyera alınmasa, özüm istefa verib, gedərəm. Bəlkə başqa peşədə, adminstrator kimi çalışaram. Ya da öz üzərimdə işləyərəm, hazır olanda da yenidən qayıdaram. Bugünkü gündə özümü hazır hiss edirəm. Oyun planında işıq gördüyünüzə inanıram. Bu siqnaldır. İnanıram ki, komanda daha da yaxşı olacaq. Komandamda kimliyindən asılı olmayaraq, intizam bir nömrədir. Cordan Rezabal çox yaxşı oyunçudur. Amma bir oyunçu komandanın lehinə mübarizə aparırsa, o, dərhal əvəzlənəcək. Mənim üçün önəmli olan birlik, bərabərlikdir. Hər futbolçu bunu dərk etməlidir.
- Hesab 0:3 olana qədər günahkar Rezabala idi?
- Mən onu günahkar kimi göstərmirəm. Hər bir futbolçu top itirə bilər. Mən demirəm ki, Rezabal top itirib. Meydançada olan hərəkətləri var idi. Hər oyunçu top itirə bilər. Amma ondan sonra hərəkətləri necə olacaq? Qol buraxmamaq üçün can yandıracaqsan? Yenidən qazanmaq üçün nə edəcəksən? Bunu görmədiyin halda... Amma Rezabalanın yaxşı futbolçu olmasına şübhəm yoxdur.
- Qısa müddətdə nəyisə dəyişmək asan deyil. Samir Abasovun komandasında nəyi dəyişmək istəyirsiniz?
- Hücuma daha çox çıxmaq istəyirik. Əvəzetmələr cinahları, hücum xəttini yaxşılaşdırmaq üçün idi. Fiziki cəhətdən 90 dəqiqə irəlidə oynamaq üçün onu dəyişdirəcəm. Topa az sahib olmaq o demək deyil ki, ancaq uzun top etmək lazımdır. İrəlidə daha da aktiv olmalıyıq. Hər bir futbolçu irəlidə özünü doğrultmalıdır, özündən də nəsə fikirləşməlidir. Onlar məcburdur. İnanıram ki, sürətli oynayan "Sumqayıt" görəcəyik. Necə ki, zaman-zaman bu oyunda gördük. İnanıram ki, bunu yaxşılaşdıracağıq.
- "Turan Tovuz”a iki qol vurmaq asan deyil. Amma müdafiədə problemlər var. Növbəti turda “Səbail”lə oyunda səhvlər etməməkçün nə planınız var?
- "Səbail"lə oyun da maraqlı olacaq. Onlara da, bizə də xal lazımdır. İnanıram ki, dəyişikliklər olacaq. İnanıram ki, həmin səhvlər olmayacaq. Mən burada olduğum müddətdə həmin səhvlər bağışlanmayacaq. Topu itirmək olar. Amma yenidən qazanmaq üçün addım atmaq lazımdır. Kim istəkli, kim can atacaqsa, o da əsas heyətdə olacaq. İsimdən, futbolçudan asılı olmayaraq.
- Matçın 25-ci dəqiqəsində sizi istefaya səsləyirdilər...
- Futbolçu karyeramda yaxşı oynadığım dövrdə də tənqid olunurdum. İndiki halda yeni baş məşqçiyəm, ya bu kiminsə sifarişidir, ya da futboldan anlamayan insanlardır. Sumqayıtlı azarkeşlər, mətbuat məni dəstəklədi. Sizdən gələn dəstəyi şəhərdən də, rəhbərlikdən də görürəm. Futbolçu kimi Azərbaycan futboluna hardasa xeyrim dəyibsə, məşqçi kimi də faydalı olacağıma əminəm.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ayxan Abbasov ilin sonuna kimi millidə qalır, sonra isə...
- “Sabah”dan növbəti biabırçılıq: Komanda hava limanından geri qaytarıldı
- "Qarabağ" azarkeşlərinə Portuqaliyadakı oyun üçün nə qədər yer ayrılıb?
- “Neftçi”nin legioneri: “Bu, penaltidirsə, mən futbolla vidalaşaram”
- VI turun hakim təyinatları açıqlandı
- Yenə “Sabah”, yenə hakim biabırçılığı...
- Ozobiç: “Onların yaxşı komanda olması heç nəyi dəyişmir, səfərə 3 xal üçün gedəcəyik”
- “Sabah”ın qolunu alqışlayan AFFA-nın vitse-prezidenti... - TƏƏSSÜRAT
- "Qarabağ" "Zirə" ilə heç-heçə etdi, "Araz-Naxçıvan" vahid lider oldu
- Elvin Məmmədov: “Bu dəqiqə o riski edə bilmərik”
- Prezident “Qarabağ”ı təbrik etdi
- "Benfika" - "Qarabağ" oyununun hakimləri açıqlandı
- Elvin Məmmədov: “Səhvlər olacaq, lakin getdiyimiz yoldan dönmək istəmirik”
- Murad Xaçayev: “Bu nədirsə, futbolla bağlı deyil...”
- Azərbaycan klubu ilə müqavilə imzalamağa gələn qapıçı sərhəddə saxlanıldı
-
13:45
Azərbaycanlı alpinistdən bəhs edən film İtaliyada qalib olub
-
13:22
Dünya reytinqi: “Qarabağ” irəlilədi, “Araz-Naxçıvan” və “Zirə” gerilədi
-
12:04
Şəhid və qazi övladları “Neftçi”nin qonağı olublar FOTOLENT
-
11:31
Serbiya millisinin baş məşqçisi istefa verdi
-
11:16
Tovuz şəhər stadionunun son vəziyyəti FOTOLENT
-
10:59
“Neftçi”nin yarımmüdafiəçisi DÇ-2026-nın bir addımlığında
-
10:47
"Sumqayıt" məşqlərini davam etdirir FOTOLENT
-
10:23
Azərbaycan cüdoçuları ilk gündə dörd medal qazanıblar
-
10:00
Türkiyə səfərdə Bolqarıstanı darmadağın etdi VİDEO
-
22:15
U-17 millimiz darmadağın oldu
-
17:43
Gəncədə Avropa çempionatı keçiriləcək
-
16:36
Millimizin oyunu qazaxıstanlı hakimlərə tapşırıldı
-
15:51
Boksçularımız Özbəkistanda təlim-məşq toplanışı keçəcəklər
-
14:09
Ukrayna - Azərbaycan oyununun hakimləri açıqlandı
-
12:28
“Neftçi” üçün seminar
-
12:14
AFFA Santuşa təzminat ödəyib
-
11:47
Rebrov: “Azərbaycana qalib gəlməsək, bu qələbənin də dəyəri olmayacaq”
-
11:00
Rabyo: “Azərbaycan millisini qaçmağa məcbur etdik”
-
10:39
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:53
Rəşad Eyyubov biabırçı məğlubiyyəti şərh etdi
-
09:25
Ayxan Abbasov: “Futbolçularıma əzmkarlığa görə təşəkkür edirəm”
-
09:12
Didye Deşam: “7 qol imkanımız var idi, 3-nü vurduq”
-
00:41
Millimiz Fransaya uduzdu
-
21:56
U-21-dən biabırçı məğlubiyyət
-
21:19
Şahmatçılarımız Ermənistana qalib gəldi
-
19:26
Bakı Olimpiya Stadionunun son durumu - “Qarabağ” burada necə oynasın?
-
19:01
“Barselona”nın futbolçusunun əvəzinə “Sumqayıt”ın Ronaldosu
-
18:17
“Araz-Naxçıvan” I Liqa klubu ilə heç-heçə etdi
-
17:58
“Ordu” “Quba”nı məğlub etdi
-
17:34
Voleybol üzrə Yüksək Liqaların start tarixi dəqiqləşib
-
16:45
Millimizin üzvü dünya çempionatında bürünc medal qazanıb
-
16:29
Bilalhəbaşi Nəzərov Azərbaycanın boks tarixinə düşüb
-
16:13
Azərbaycan Kuboku: II təsnifat mərhələsinin bütün cütləri müəyyənləşdi
-
16:00
"Göygöl" və "Xankəndi" II mərhələdə
-
15:52
“1 saat sonra agentim yığdı, dedi ki, “Qarabağ”dan zəng vurublar”
-
15:36
“Atletik” - “Qarabağ” oyunu 110 manata...
-
15:13
Arnautoviç Avstriya millisinin rekordçusu oldu
-
14:48
"Neftçi" İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək?
-
14:27
Ulduz futbolçunun evində yanğın olub
-
14:09
"Bakı" hər iki oyununu səfərdə keçirəcək
-
13:31
Azərbaycanın 6 parapauerliftinqçisi dünya çempionatında çıxış edəcək
-
13:14
Əlcəzair millisi DÇ-2026-nın 20-ci iştirakçısı oldu
-
12:55
Azərbaycan millisinin qrupunda 12:0 hesabı
-
12:42
“Araz-Naxçıvan”ın qapıçısı Rumıniyaya qarşı oynadı
-
12:23
“Neftçi”nin yarımmüdafiəçisi darmadağını kənardan izlədi
-
12:00
“Komanda ən yaxşı formasından uzaq olsa da, nəticələrdən razıyıq”
-
11:39
Şahmat yığmalarımız Yunanıstanla heç-heçə edib
-
11:17
Meksikada Qran-pri turnirində iştirak edəcək Azərbaycan cüdoçuları müəyyənləşib
-
10:58
Çexiya - Xorvatiya matçında qalib aşkarlanmadı VİDEO
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
12.10.2025
11.10.2025
10.10.2025













