12 Oktyabr 2025, Bazar günü
U-17 millimiz darmadağın oldu
AFFA Santuşa təzminat ödəyib
Millimiz Fransaya uduzdu
U-21-dən biabırçı məğlubiyyət

Ölkə futbolu

Marko Yankoviç: “Sumqayıt”la səfər oyunları həmişə çətin keçir”

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçin Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının IX turunda səfərdə “Sumqayıt”a qalib gəldiniz. 1:0 hesablı qələbəni necə şərh edərdiniz?

- Çətin oyun olacağını bilirdik. Çünki “Sumqayıt”la səfər oyunları həmişə çətin keçir. Spesifik bir an idi. Çünki həm avrokuboklarda qələbə qazana bilmədiyimiz oyundan sonra meydana çıxmışdıq. Həm də milli komandaların matçları öncəsi son tur idi. Qarşılaşma asan keçmədi. Amma vacib qələbə qazandıq.

- Qələbənin çətin alınması məhz bu spesifik məqamlara görə idi?

- Əslində, hər oyun çətin keçir. Çünki bizə qarşı rəqiblər hamısı xüsusi hazırlaşırlar. Bu da işimizi bir qədər də çətinləşdirir.

- “Malmö”dən alınan məğlubiyyətdən sonra komandada psixoloji gərginlik yoxdur?

- Həmin oyun arxada qalıb. “Malmö” ilə matçın “Sumqayıt”la görüşə heç bir təsiri olmadı. Biz yalnız irəli baxmalıyıq.

- Artıq ilk dövrə başa çatıb. Ötən mövsümlə müqayisədə ölkə çempionatında “Qarabağ”ın işi nə dərəcədə çətindir?

- Müqayisə etmək bir qədər çətindir. Lakin əsas odur ki, biz hazırda birinci yerdəyik və hədəfimizə doğru gedirik.

- Sıx qrafiki nəzərə alsaq, çempionatdakı fasilə “Qarabağ”ın xeyrinə olacaq?

- Milli fasilələr hər zaman yaxşıdır. Bəzi futbolçular istirahət etmək şansı qazanırlar. Amma milli komandalara da gedən kifayət qədər oyunçularımız var. Bu da əlavə səyahətlər deməkdir. Bu aspekti də nəzərə almaq lazımdır.

Fərəc Aslanov

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31