22 Oktyabr 2025, Çərşənbə
Abubakar rəsmən “Neftçi”də
IX turun hakim təyinatları açıqlandı
“Neftçi” 9700 manat cərimələndi
“Qarabağ” İspaniyaya yollandı

Ölkə futbolu

“Qarabağ”a 2 qol vuran “Malmö”lü: “Yüksək səviyyəli rəqibi məğlub etdik”

“Çox çətin oyun keçdi. Bilirdik ki, “Qarabağ” güclü komandadır”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Malmö”nün hücumçusu Erik Botheym UEFA Avropa Liqasının ikinci turu çərçivəsində “Qarabağ”a Bakıda 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

Norveçli forvard Azərbaycan çempionuna hörmətlə yanaşdıqlarını bildirib: “Çünki “Qarabağ” buna layiqdir. Qələbə qazansaq da, bu, bizə çox çətinliklə başa gəldi. Dediyim kimi, “Qarabağ” yaxşı komandadır. Xüsusən də oyunçular fərdi cəhətdən çox güclüdürlər”.

E.Botheym “Qarabağ”ı yaxşı analiz etdiklərini vurğulayıb: “Matça çox ciddi hazırlaşmışdıq. Məşqçilərimiz bütün lazımi məlumatları bizə çatdırmışdılar. Əlimizdən gələni etdik ki, “Qarabağ” istədiyi futbolu oynaya bilməsin. Əks halda işimiz çox çətin olardı”.

24 yaşlı futbolçu komandaların qarşıdakı matçlarında da söz açıb: “Bu gün 2 qol vurduq, qələbə qazandıq. Buna görə çox sevinirik. Yüksək səviyyəli rəqibi məğlub etdik. Qarşıdakı matçlarda da uğurlu çıxış etmək üçün çalışacağıq. “Qarabağ”ın növbəti oyunlarda nəticə qazanacağına inanıram. Çünki bu komanda həqiqətən də güclüdür”.

Fərəc Aslanov








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31