Ölkə futbolu
Bu Roman o Romandan deyil...

Roman Qriqorçuk “Neftçi”nin baş məşqçisi təyin olunanda çoxları bunu sevinclə qarşıladı. Ukraynalı mütəxəssisin “Qəbələ”də qazandığı uğurlar paytaxt klubunun onun rəhbərliyi altında yaxşı nəticələr əldə edəcəyinə inam yaradırdı. Nəhayət ki, “ağ-qaralar”ın qara gündən ağ günə çıxacağına ümid böyük idi. Üstəlik, rəhbərlik də komandanın uğuru üçün necə deyərlər, kisənin ağzını açmışdı. Baş məşqçinin istədiyi bütün futbolçular heyətə cəlb olundu, yay hazırlığı üçün hər cür lazımi şərait yaradıldı, bir sözlə, Qriqorçukun istəyi hər şey anında və yüksək səviyyədə yerinə yetirildi.
Gəl ki, geridə qalan 6 turda “Neftçi” üçün yaradılan şəraitlə komandanın sərgilədiyi futbol heç cür uyğun gəlmir. Futbolda udmaq da olar, uduzmaq da. Amma məsələ ondadır ki, “Neftçi” geridə qalan müddətdə futbol oynamır. Dünən “Zirə” ilə qarşılaşmada “ağ-qaralar” 90 dəqiqə ərzində nə bir düşünülmüş hücum qura bildi, nə də rəqib qapısı qarşısında real qol epizodu yaratmağa müvəffəq oldu. Qriqorçuk isə hər dəfə vaxt lazım olduğunu deyir. Birinci turdan sonra da, altıncı turdan sonra da ukraynalı mətbuat konfransında aşağı-yuxarı eyni fikirləri səsləndirir. Görünən isə odur ki, bu, bəhanədən başqa bir şey deyil. Necə olur ki, Qriqorçukla aşağı-yuxarı eyni vaxtda işə başlayan Kurban Berdıyevin komandası bu gün çempionatın lideridir, “Neftçi” isə turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Halbuki “ağ-qaralar” istər heyətinə, istər büdcəsinə, istərsə də şəraitinə görə Tovuz klubunu qabaqlayır. Yaxud sıfırdan yığılan “Şamaxı” bu gün “Neftçi”dən iki dəfə çox xal toplayıb.
Hazırda “Neftçi” lider “Turan Tovuz”dan 10, 1 oyun az keçirmiş “Qarabağ”dan 8 xal geri qalır. Bütün bunlar isə yaxşı heç nə vəd etmir. Bu gedişlə “Neftçi” ötən ilkindən də pis nəticə göstərəcək. Çünki komandanın oyununda ümidverici hər hansı bir işartı yoxdur. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilənin “Neftçi”yə faydalı olacağı gözlənilirdi. Lakin dünən Zirədəki 90 dəqiqə bu ümidləri də puç etdi. Qriqorçuk isə oyundan sonra bunu etiraf etdi və üzrxahlığını bildirdi. Lakin üzrxahlıqla nə dəyişir ki... “Neftçi” uduzduqca, sizin də bu komandadakı karyeranız sona yaxınlaşır?” sualından isə ukraynalı mütəxəssis konkret yayındı və hər oyundan-oyuna sağlamlığımı itirdiyini söylədi. Birincisi, “Neftçi” rəhbərliyinin nə düşündüyünü deyə bilmərik. Lakin subyektiv fikrimdir ki, “Qarabağ”la oyun Qriqorçuk üçün son şans olmalıdır. Əziyyət çəkib “Qarabağ”ı udsun. Bu halda həm komandanı “qara zolaq”dan çıxarmağa müvəffəq olar, həm də 6 turda verdiyi əziyyətin qarşılığında azarkeşlərin könlünü almış olar. İkincisi də, məgər bu cür biabırçı futbola görə sağlamlığını itirən təkcə Qriqorçukdur? Bəs onda azarkeşlər neyləsinlər? Ukraynalı “sağlamlığını itirməyinin” qarşılığında heç olmasa maaş alır, azarkeşlərə qalan isə əsəb-gərginlikdir.
Dünən Zirə İdman Kompleksində pilləkanları enib konfrans otağına yollanarkən arxadan azarkeşlərin həmkarlardan birinə üz tutaraq dediyi bu sözləri eşidirdim: “Biz deyə bilmirik, heç olmasa siz deyin. Belə olmaz! Qriqorçuk buna futbol deyir? Baş məşqçinin işi bir qram da hiss olunmur, görünmür. Heç .......... “Neftçi”si belə zəif deyildi (Etika xatirinə həmin məşqçinin adını qeyd etmirik - İ.C.)”.
Düz sözə nə deyəsən? Şəxsən mən bu cür aciz “Neftçi” xatırlamıram. Heç belə biabırçı start da yadıma gəlmir. Flaqman 6 oyunda qələbəyə həsrətdi və cəmi 2 qol vura bilib... Qriqorçuk geridə qalan müddətdə yalnız Qara Qarayevi əsas heyətdən kənarda qoyması ilə yadda qalır. Guya ki, geridə qalan 6 turda Rafael Quzzo, Edvin Kuç, Emil Səfərov xarüqələr yaradır...
İbrahim Cəfərov

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-da dəyişiklik: Departament rəhbərinin müqaviləsi yenilənmədi
- Vüqar Nadirovla yolları ayıran “Şəmkir”də yeni baş məşqçi
- Erkin İbrahimov “Kəpəz”dən gedir?
- İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
- “Şelburn” - “Qarabağ” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- “Neftçi”nin Polşadakı düşərgəsinə yeni legioner qoşuldu
- “Səbail” “Bakı”nın daha bir yetirməsini transfer etdi
- "Zirə" 4-cü transferini reallaşdırdı
- Zaur Axundov: “Sevinirik, lakin hələ heç nə bitməyib”
- “Lill”in yetirməsi “Neftçi”də - SON DƏQİQƏ
- PFL I Liqanın başlama tarixini açıqladı
- “Neftçi" "Hapoel"lə heç-heçə etdi
- Hamidu Keyta “Araz-Naxçıvan”da
- “Göstərilən münasibəti nəzərə alaraq, “Sabah”la müqaviləni birtərəfli qaydada pozdum”
- “Aris” - “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal müəyyənləşdi
-
23:26
“Qarabağ”ın rəqibi müəyyənləşdi
-
23:12
"Kəpəz" sabiq futbolçusunu geri qaytardı
-
23:04
Qurban Qurbanov: “Transferə ehtiyacımız var”
-
22:37
"Şelburn"un baş məşqçisi: "Hesabı bərabərləşdirə bilərdik"
-
21:53
"Qarabağ" ÇL-in üçüncü mərhələsində
-
21:48
“Araz-Naxçıvan” müdafiəçisi: “İlk oyunun nəticəsini yaddan çıxarmışıq”
-
21:31
Elmar Baxşıyev: “Aris”in bərbad komanda olduğunu düşünmürəm”
-
18:05
"Kəpəz"in sabiq kapitanı Qazaxıstan klubunda
-
17:22
"Neftçi"nin Polşa toplanışı davam edir FOTOLENT
-
16:46
“Beşiktaş” Azərbaycan millisinin futbolçusunu transfer etdi
-
16:19
Caka rəsmən İngiltərə klubunda
-
15:54
Ehtiram Quliyev “Turan Tovuz”un Boludakı düşərgəsində FOTOLENT
-
15:33
"Azərreyl"dən yeni transfer
-
14:47
Rüfət Abdullazadə Xorvatiya klubunda məşqlərə başladı
-
14:00
Azərbaycanlı hakim UEFA Superkuboku oyununa təyinat aldı
-
13:28
"Araz-Naxçıvan"ın rəqibi qapıçısı ilə vidalaşıb
-
12:51
"Flamenqo" "Atletiko"nun yarımmüdafiəçisini transfer etdi
-
11:32
"Səbail"i Mərakeş klubuna dəyişdi
-
11:09
45 yaşlı Quiza 7-ci liqa klubunda
-
10:46
“Neftçi”də lüksemburqlu hücumçu
-
10:23
DÇ-2026: Püşkatmanın vaxtı və məkanı məlumdur
-
09:54
"Neftçi" Çempionlar Liqasında mübarizəyə başlayır
-
09:37
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
22:35
"Sumqayıt" İtaliya A Seriyasında oynamış futbolçunu transfer etdi
-
20:41
"Səbail" növbəti transferini açıqladı
-
20:17
"Turan Tovuz" Türkiyə klubu ilə heç-heçə oynadı
-
18:58
Abdullazadə daha iki il “Sumqayıt”da
-
18:26
Qurban Qurbanov: “Hücum xəttindən razıyam, sadəcə...”
-
18:00
“Bavariya”da yeni müqavilə
-
17:34
Azərbaycanlı qadın hakimə UEFA-dan təyinat
-
17:19
Boksçularımız Almaniyada yarışacaqlar
-
16:45
"Karvan"da ayrılıq
-
15:52
"Qarabağ" - "Şelburn" oyununa nə qədər bilet satılıb?
-
15:33
Polşa millisinin müdafiəçisi “Portu”da
-
15:21
Rəşad Sadıqov: “O baxımdan “Hayduk”un üstünlüyü var”
-
14:08
"Araz-Naxçıvan” Salonikidədir
-
13:46
“Turan Tovuz”dan ayrılan müdafiəçi “Səbail”də
-
12:57
“Qarabağ”ın oyununa görə sabah metro gücləndirilmiş rejimdə işləyəcək
-
12:34
“Zirə” Xorvatiyaya yollandı
-
12:19
Azərbaycan atıcıları Fransada uğurla çıxış ediblər
-
12:02
Hədəflər ayrıdırsa... - QEYD
-
11:43
Duqlas Luis “Yuventus”dan gedir
-
11:21
I Liqa klubunda yeni müqavilə
-
10:55
Şotlandiya klubu “Milan”ın hücumçusu ilə maraqlanır
-
10:38
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
"Turan Tovuz" Türkiyə klubuna qarşı
-
10:07
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 2 medal qazanıb
-
09:49
“Səbail” yeni mövsümün hazırlıqlarına başladı FOTOLENT
-
09:24
Caka karyerasını İngiltərədə davam etdirəcək
-
09:00
“Çelsi” qapıçısını icarəyə verdi
30.07.2025
29.07.2025













