12 Oktyabr 2025, Bazar günü
U-17 millimiz darmadağın oldu
AFFA Santuşa təzminat ödəyib
Millimiz Fransaya uduzdu
U-21-dən biabırçı məğlubiyyət

Ölkə futbolu

Azərbaycan çempionatları tarixinin 14000-ci qolu vuruldu

Azərbaycan çempionatları tarixinin 14000-ci qolu vurulub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu yubiley Azərbaycan Premyer Liqasının VI turunun “Sabah” - “Turan Tovuz” görüşünə (2:2) təsadüf edib. Matçdakı ikinci qol ölkə çempionatlarının 32 illik tarixinə 14000-ci kimi düşüb. Bu topun müəllifi  qonaqların futbolçusu Roderik Miller olub.

Yubiley qolu 33 mövsüm ərzində baş tutan 5762-ci oyuna təsadüf edib. Bu qarşılaşmalardan 278-i texniki nəticə ilə yekunlaşıb. 14002 qol 5484 matçda vurulub.

Qeyd edək ki, ölkə çempionatlarının ilk qoluna Mehman Alışanov imza atıb. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” - “İnşaatçı” (Sabirabad) görüşündə qonaqların qapısına yol tapıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31