12 Oktyabr 2025, Bazar günü
U-17 millimiz darmadağın oldu
AFFA Santuşa təzminat ödəyib
Millimiz Fransaya uduzdu
U-21-dən biabırçı məğlubiyyət

Ölkə futbolu

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri müəyyənləşdi

UEFA Avropa Liqasında Liqa mərhələsinin püşkü atılıb.

Futbolxeber.az saytının məlumatına görə, Monakoda keçirilən püşkatmada "Qarabağ"ın da rəqibləri müəyyənləşib.

"Qarabağ"ın rəqibləri

1-ci səbətdən: "Tottenhem", İngiltərə (səfərdə), "Ayaks" Niderland (evdə)

2-ci səbətdən: "Olimpiakos", Yunanıstan (səfərdə), "Lion", Fransa (evdə)

3-cü səbətdən: "Malmö", İsveç (evdə), "Bodo Qlimt", Norveç, (səfərdə)

4-cü səbətdən: "Styaua”, Rumıniya (evdə), "Elfsborq", İsveç (səfərdə)

Qeyd edək ki, turnirdə iştirak edən 36 komandanın hər birinin rəqibi hər səbətdən çıxan 2 komanda olub. Yeni formata əsasən hər komanda 8 fərqli rəqiblə 8 matç keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq.

Yekunda 36 komanda arasında ən çox xal toplayan ilk 8 yeri tutan komanda 1/8 finala yüksələcək. 9-24-cü yeri tutanlar isə 1/8 finalda oynamaq üçün iki matçdan ibarət pley-off qarşılaşmaları keçirəcəklər. 25-36-cı yeri tutanlar isə avrokuboklarda mübarizəni başa vuracaqlar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31