Ölkə futbolu
Qriqorçuk: “Transferlərimiz bitməyib”
“Neftçi” Azərbaycan Premyer Liqasının üçüncü turunda “Sabah”a 0:2 hesabı ilə uduzub.
Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra təşkil edilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:
- Siz bura gələndə çoxları düşünürdü ki, "Neftçi" "Qarabağ"la çempionluq mübarizəsi aparacaq. Amma 3 turdan sonra komandanın nəticələri və oyunu ümidverici deyil. Bu durumu necə şərh edərdiniz?
- Haqlısınız. Bu gün məğlub olduq, istədiyimiz kimi oynamırıq. Hər şey neqativ görünür. 3 tur ərzində azarkeşlərimizə qələbə bəxş edə bilməmişik.
- Mətbuatda klub rəhbərliyi ilə aranızda fikir ayrılığı yarandığı barədə xəbərlər yayılıb. Bu, nə dərəcədə doğrudur?
- Mətbuatda bu cür söz-söhbətlərin olduğunu indi öyrəndim. Bu məsələni ümumiyyətlə şərh edə bilmərəm. Bu həftə ərzində rəhbərliklə danışığımız belə olmayıb.
- Yeni transferlərin çıxışından razısınız?
- Yeni futbolçuların gəlməsi sevindiricidir. Biz bunun üzərində çalışırıq. Hələ transferlərimiz bitməyib, yeni oyunçular gələcək. Hər futbolçunun performansını mühakimə etmək üçün ən azı 5-6 tur lazımdır. Bəzi oyunçular obyektiv səbəbdən tam hazır deyillər. Son oyunlarını may ayında keçiriblər. Yavaş-yavaş komandaya uyğunlaşmağa cəhd göstərirlər.
- Transferlər sırf sizin seçiminiz əsasında edilir? Yoxsa siz istədiyiniz mövqeləri deyirsiniz və ona uyğun futbolçu tapılır?
- Mənə oyunçuların siyahısı verilir. Onlara baxıb seçimlər edirik. İstisna hal kimi Andrey Ştoqrini qeyd edərdim. Mənim əvvəlki komandamda çıxış edib. Sırf mənim təqdimatım əsasında "Neftçi"yə gəlib.
- "Qəbələ"yə yeni gəldiyiniz vaxtda tanıdığınız futbolçuları – Antonov, Qay, Bezotosnı, Zenyov, Sivakov və digərlərini komandaya dəvət etmişdiniz. Amma eyni halı "Neftçi"də görmürük, qeyd etdiyiniz kimi, yalnız Ştoqrini gətirmisiniz. Bu, nə ilə bağlıdır?
- Səmimi desəm, heç Ştoqrini də gətirmək istəməzdim. Amma artıq bu baş verib. Klubda bir sistem var, oyunçuları izləyirlər, təhlil edirlər. Məşqçi də bunun əsasında seçim edir. Sivil yoldur, buna da hörmətlə yanaşıram. Antonovu "Qəbələ"yə gətirəndə şayiələr yayılmışdı ki, guya mənim yaxın qohumumdur.
- Qara Qarayevi əvəzedici heyətə göndərməyinizin səbəbi nədir? Həqiqətənmi o, bu gün “Neftçi”yə kömək edə biləcək gücdə deyil? Əgər o, sizə lazım deyildisə, bunu daha tez, mövsüm başlamamış futbolçuya deyə bilməzdiniz? Çünki indi demək olar ki, bütün klublar heyətini komplektləşdirib...
- Qara həm yaxşı insandır, həm yaxşı futbolçudur. Uzun illər Azərbaycan milli komandasının şərəfini qoruyub, Azərbaycanın ən böyük klublarından birində çıxış edib. Onunla səmimi söhbət etmişəm, Qaraya demişəm ki, onu hazırda əsas heyət oyunçusu kimi görmürəm. Əvəzedici heyətdə olması klubla futbolçu arasında olan məsələdir. Mən bu haqda şərh verə bilmərəm.
- Transferlərə baxanda belə görünür ki, sizə verilən siyahıdan pisin yaxşısını seçmək məcburiyyətində qalmısız. Bu duruma nə qədər müddət tab gətirə biləcəksiz?
- Çalışdığım hər futbolçunu çox istəyirəm, hamısına hörmətlə yanaşıram. İstəyirəm onların yaddaşında yaxşı qalım.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- "Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
- AFFA PFL-ə qarşı açıq hücuma keçib - Məqsəd qurumun ləğvidir
- Qurban Qurbanov: “Bizə ədəbsizlik etmişdi, bildirdim ki, üzr istəmək lazımdır”
- Premyer Liqa klubları kimi fəaliyyət göstərən “Dinamo”: “Kiçik maliyyə dəstəyi olarsa...”
- Futbolumuzun fərsiz övladı
- Futzal millimiz Gürcüstanla qarşılaşacaq
- Valeh Seyidov yubileyini qolla qeyd etdi
- Kurban Berdıyevdən qələbə şərhi
- Cenk Sümer: “Dünyanın heç bir yerində bu epizodu kobudluq olaraq qiymətləndirməzlər”
- “Turan Tovuz” Qəbələdə böyük hesablı qələbə qazandı
- Bu dəfə minimal məğlubiyyət
- “Neftçi”yə qarşı daha bir hakimi “səhvi”: Hakimlər Komitəsində narazılıq
- ETOPAZ 14 yaşında!
- "Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait əldə edib
-
16:33
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
-
15:16
Azərbaycanın parabadmintonçusu İspaniyada gümüş medal qazanıb
-
14:57
Üzgüçülərimiz Gürcüstanda 47 medal qazanıblar
-
13:28
Parataekvondo millimiz Antalyada turnirə qatılacaq
-
13:00
İmad Faraj: “Əvvəlki “Neftçi” ilə indiki arasında böyük fərq var”
-
12:42
Şahmat üzrə ölkə çempionatının final mərhələsi başlayıb
-
12:31
Nərgiz İsmayılova ÇL-in 1/4 finalına təyinat alıb
-
12:09
“Sumqayıt”ın U-11 komandası Bişkekdə beynəlxalq turnirdə iştirak edəcək
-
11:45
"Sevilya"nın yeni baş məşqçisi müəyyənləşdi
-
11:24
Basketbol millilərimiz FIBA reytinqində irəliləyib
-
10:16
"Xankəndi" 3 xalı 5 qolla qazandı VİDEO
-
09:53
Millimiz İspaniyada təsnifat turnirində mübarizə aparacaq
-
09:37
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
19:25
Millimiz Bolqarıstanla heç-heçə etdi
-
17:17
“Sportinq”in üzvü: “Ən vacib oyun Azərbaycana qarşı olandır”
-
16:00
Cüdoçularımız Bad-Blankenburqda beynəlxalq düşərgəyə qatılıblar
-
14:32
Muslera yenidən millidə
-
13:58
Pedro Mateuş: “Milliyə yenidən dəvət almağımda Füzuli Məmmədovun böyük rolu var”
-
12:43
“Qarabağ”a qarşı namərdlik
-
11:21
Azərbaycan paracüdoçuları Tbilisidə Dünya Kubokunda mübarizə aparacaqlar
-
10:54
Yevgeni Kukseviç: “Onları yoxlamaq istəyirik”
-
10:36
Roderik Miller: “Avrokuboklara çox yaxınıq”
-
10:15
Millimiz apreldə daha iki oyun keçirəcək
-
10:00
Qrizman ABŞ-də nə qədər qazanacaq?
-
09:49
İtaliyalı müdafiəçisi “Barselona”nın hədəfində
-
09:27
Deşamın xələfi Zidan olacaq
-
23:52
Cavadovdan “Dinamo”ya dəstək
-
18:41
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
-
17:00
II Liqada 19-cu tura start verildi
-
14:15
AMADA ilə Beynəlxalq Cüdo Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
-
13:37
Orxan Məmmədov: “Sahibkarların minifutbola marağı artıb"
-
12:56
Güləş yığmalarımız mühüm yarışlara hazırlaşır
-
11:28
Boksçularımız Debretsendə 4 medal qazanıblar
-
11:02
"Roma" 3 xalı tək qolla qazandı VİDEO
-
10:49
Breno Almeyda: “Neftçi” olaraq yalnız avrokuboklara fokuslanmışıq”
-
10:13
"İnter" səfərdə xal itirdi VİDEO
-
09:54
Mövsümdə 3-cü, “Neftçi”də 23-cü, tarixdə 110-cu
-
09:31
Madrid derbisini "Real" qazandı VİDEO
-
11:36
Futzal millimizin toplanışına 18 oyunçu dəvət alıb
-
11:19
PSJ-dən 4 qollu qələbə VİDEO
-
11:00
Zamiq Əliyevin komandasından heç-heçə
-
10:43
"Çelsi" "Everton"la bacarmadı VİDEO
-
10:25
Cəlalın komandası səfərdə coşdu
-
10:12
"Bavariya"dan darmadağın VİDEO
-
09:54
Qərəz, yoxsa antipatiya? - YAZI
-
09:37
"Milan" 3 xalı 3 qolla qazandı VİDEO
-
23:36
Axundzadə MLS-də debüt etdi
-
19:23
"Turan Tovuz"dan növbəti qələbə VİDEO
-
18:59
Kurban Berdiyev: “İddialı danışmaq üçün hələ çox tezdir”
-
18:41
Sxadadze: “Məsuliyyətdən qorxmuram”
25.03.2026
24.03.2026
23.03.2026
22.03.2026
21.03.2026























