Ölkə futbolu
Samir Abasov: "30 faizlik şansımızdan bərk yapışacağıq"
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Fehervar”la (Macarıstan) ilk oyunundan (1:2) sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə görüş haqqında ümumi fikirlərini bölüşüb.
- Həddindən artıq çətin situasiya ilə üzləşdik. Azlıqda qaldıq. Qırmızı vərəqə bütün planları alt-üst etdi. Qol vurduq, yaxşı oynamağa başlamışdıq ki, istəmədiyimiz vəziyyət oldu. Dünən də demişdim ki, hər bir halda, matç iki oyundan ibarətdir. Qələbə qazansaydıq da, bunu deyəcəkdim. Cavab görüşü bundan da çətin olacaq. Üstünlük rəqibdədir, bizdə isə daha çox problemlər var. Amma bəzi yaxşı epizodların üzərində dayanıb futbolçuları oyuna kökləməyə çalışacağıq.
- Sözsüz ki, oyunun taleyini qırmızı vərəqə həll etdi. Bu ana qədər üstün idiniz. Sadəcə bir an var idi ki, komanda qapanmağa çalışırdı. Bu, sizin tapşırığınız idi?
- Xeyr, tapşırıq deyildi. Son vaxtlar futbolda belə hallar o qədər olur ki... Qol vurursan, başqa oyun oynamağa başlayırsan. Həmin ərəfədə sadəcə öz oyunumuzdan çıxdıq. Təhlükəli epizodlar verməsək də, istəmədiyimiz, alışmadığımız oyunun şahidi olduq. Amma bunun da bir izahı var: təcrübəsiz komandayıq. Bəzi oyunçular konkret olaraq oyundan qopdu. Belə məsələlərin üzərində işləyəcəyik. Bunların hər biri bizimçün bir təcrübədir.
- Bu oyunda cavab görüşü üçün xoş siqnal gördünüzmü? Səfərdə sərfəli nəticəyə ümid etmək olar?
- Sözün açığı, tam fərqli br “Fehervar” gördük. Köhnə baş məşqçinin komandası ilə indiki "Fehervar" ayrı idi. Deyim ki, bizi əlavə nə iləsə təəccübləndirmədilər. Əfsuslar olsun ki, qoldan sonra 10 nəfərlə qalmağımız çətin oldu… Ən azından biz səfər oyununa çəkinmədən gedəcəyik. Macarıstandan qalib dönmək niyyətində olacağıq. Buna səbəb mənim komandamın oyunudur. Bəzi epizodlarda yaxşı oynadıq. 10 nəfər qalmağımıza, qırmızı vərəqə almağımıza köklənməyəcəyik. Pis tərəflərdən də nəticə çıxaracağıq və Macarıstana qələbə üçün gedəcəyik.
- Oyunöncəsi mətbuat konfransında demişdiniz ki, “Fehervar” “Qarabağ” istisna olmaqla digər komandalarımızdan bir baş üstündür. Oyun fikrinizi dəyişdimi?
- Dünən dedim ki, biz baxdığımız, ötən çempionatda izlədiyimiz “Fehervar” üstündür. Yeni baş məşqçini yalnız yoxlama oyunlarında görmüşdük. Yoxlama oyunlarında komandanı tutmaq olmur. Bir baş məşqçi olaraq öz komandanın oyunu belə yoxlama oyununda aldadıcı olur. Ya sən yaxşı olursan, ya rəqib zəif görünür. Mən danışdığım ötən mövsümün “Fehervar”ı idi. Həddindən artıq qeyri-adi intizamla oynayan komanda idi. Bütün futbolçular nə edəcəklərini bilirdilər. Biz bu cür komandalara qarşı nə qədər əziyyət çəkmişik, görmüşük. Bugünkü “Fehervar”dan nələrsə desəm, düz olmaz. Çünki uduzmuş komandayıq. Amma gördük ki, bu rəqibə qarşı oynaya bilərik. Ümidimiz mərhələ keçməkdir.
- Qırmızı vərəqə olmasaydı, nəticə fərqli olardı?
- 100 faiz. Ümidlərimiz də fərqli ola bilərdi. İndi həddindən artıq problemlər yaşayırıq. Bizim komandamız budur. Qırmızı vərəqə olmasaydı, yenə bu heyət oynayacaqdı. Çünki bizdə başqa futbolçular yoxdu. Heyətlə bağlı çətinliklərimiz var. İstənilən halda 11 nəfərlə uduzsaydıq belə,yenə də səhvlərimizdən nəticə çıxarıb, səfərdə qələbəyə köklənəcəkdik. Bunu nə qədər bacaracağıq bilmirəm, amma mənim işim komandanı qələbəyə kökləməkdir. 3-4 günümüz qalıb, bəzi mövqelərdə dəyişiklik etmək məcburiyyətindəyik.
- Macarıstandakı oyunda müdafiədə kimi oynadacaqsınız?
- Orada oynaya bilənləri çalışacağıq yerləşdirək. Nəsə demək çox çətindir. Taktiki baxımları kənara qoyaq, əsas məsələ futbolçunu psixoloji olaraq hazırlamaqdır. Əsas çətinlik budur. 3 məşqə çıxarıb, 1 oyuna ondan nəsə gözləmək absurd olar. Başqa variantlar fikirləşəcəyik.
- Bu nəticədən sonra şansları necə dəyərləndirirsiniz?
- 30 faiz. Rəqibin üstünlüyü 70 faizdir. Biz o 30 faizlik şansımızdan bərk yapışacağıq.
- Taktiki planda komandanızı rəqibə uyğun hazırlamaqda seçilən məşqçilərdənsiniz. Maraqlıdır, bu gün gördüyünüz rəqib işinizi asanlaşdırırmı?
- Bizim fikrimiz öz oyunumuzu oynamaqdır. Rəqibi aşağılamaq kimi niyyətimiz yoxdur. Rəqibə görə oynamaq fikrimiz yox idi. Bütün hazırlığımız öz oyunumuzu ortaya qoymaqdır. Nə olursa olsun, öz oyunun olmalıdır. Çünki öz oyunun yaxşıdır, ya yaxşı deyil, belə matçlarda bilinir. Düşünürəm ki, bəzi epizodlarda hətta 10 nəfərlə qalsaq da, öz oyunumuzu oynamağa çalışdıq.
- Hakimlikdən razı qaldınız?
- Epizodlara baxmamışam. Ümumiyyətlə, həddindən artıq sarı vərəqələr oldu. Biz referiyə köklənməmişdik. Oyunun əvvəlində verdiyi qırmızı vərəqə o qədər üzdü ki… Həddindən artıq baş sındırmalı olduq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Rəhman Hacıyev “Səbail”dən getdi, yeni klubu da məlumdur
- Qurban Qurbanov Qara Qarayevin təyinatından danışdı
- Azərbaycanda işləmiş məşqçi “Real”da Arbeloanın köməkçisi oldu - ÖZƏL
- "Neftçi"nin "Piramids"lə oyununun vaxtı və yeri məlum oldu
- “Neftçi”nin media koordinatoru: “Azarkeşlərimiz bu cür xəbərlərə inanmasınlar”
- Sənə güvəndiyim dağlar...
- “Neftçi” ilə oyunu maraqla gözləyir: “O, “Real”a qalib gəlib”
- "Neftçi" Abu Dabi toplanışına start verdi
- "Kəpəz" onun transferini açıqladı
- "Neftçi" "Kayrat"ı darmadağın etdi
- “Neftçi”nin yarımmüdafiəçisi Misirə qarşı oynadı
- “Neftçi”nin sabiq müdafiəçisi “Qarabağ”la “Kayrat”ı müqayisə etdi
- "Qarabağ" - "Ayntraxt" oyununun hakimləri müəyyənləşdi
- “Araz-Naxçıvan” gücünü əvəzedicilərə göstərdi
- “Qarabağ” Renata təklif göndərib?
-
23:09
"Dubay Marafonu": Təmsilçimiz 28 min iştirakçı arasında 56-cı olub
-
21:26
Nə Sumqayıtda qol vuruldu, nə də Masazırda
-
20:18
"Sumqayıt" - "Zirə" matçında heç-heçə VİDEO
-
19:47
Saşa İliç: “Hava şəraiti bəhanə ola bilməz”
-
19:30
Rəşad Sadıqov: "Komandamın göstərdiyi oyundan çox razıyam"
-
18:55
Aleksandr Mostovoy: “Rusiya klubları “Qarabağ”dan güclüdür”
-
18:14
"Zirə"nin yarımmüdafiəçisi “Mingəçevir”də
-
17:32
Azərbaycan çempionatında daha 5 çəki üzrə finalçılar müəyyənləşib
-
16:49
Yığmamız Özbəkistana qalib gəldi
-
16:23
“Bakı”nın sabiq futbolçusu I Liqa klubunda
-
15:56
"Sumqayıt" - "Zirə": Heyətlər açıqlandı
-
15:38
Millimiz Gürcüstanla qarşılaşacaq
-
15:00
"Xankəndi"dən növbəti transfer
-
14:41
Üzgüçülük və Triatlon federasiyaları arasında memorandum imzalanıb
-
14:27
"Mingəçevir"dən daha bir transfer
-
13:55
Azərbaycanlı hakim təyinat aldığı Ermənistan - Ukrayna oyunundan danışdı
-
13:19
Voleybol Federasiyasının rəsmisi yeni təyinat alıb
-
12:34
Güləş millimizin üzvü əməliyyat olunub
-
12:02
"Mingəçevir" "Zirə"nin futbolçusunu icarəyə götürdü
-
11:48
"İmişli"də 18 yaşlı hücumçu
-
11:23
Millimizin sabiq üzvü Finlandiya yığmasından təklif alıb
-
10:56
Beskorovaynıy: “Ukrayna ilə müqayisədə Azərbaycan çempionatında intensivlik aşağıdır”
-
10:31
"Araz-Naxçıvan" sabiq oyunçusunu geri qaytardı
-
10:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:45
"Milan" 3 xalı 3 qolla qazandı VİDEO
-
19:41
Sumqayıtda cüdo üzrə "İstedadların seçimi" turnirinin I turu keçiriləcək
-
18:58
"İmişli" portuqaliyalı hücumçu transfer etdi
-
18:26
Azərbaycan çempionatında 5 çəki dərəcəsində finalçılar müəyyənləşib
-
18:00
"Şahdağ Qusar" heyətini anqolalı ilə gücləndirdi
-
17:37
“Decathlon”da “Neftçi Official Fan Store Corner” açılır!
-
17:13
Ölkə kuboku: 1/4 final oyunları üçün hakim təyinatları
-
16:44
“Nyukasl” onunla yollarını ayırdı
-
16:00
"Xankəndi" 5 futbolçusu ilə vidalaşdı
-
15:29
Musa Qurbanlı: “Şans varsa, çalışacağıq ondan istifadə edək”
-
15:12
Sabiq "Araz-Naxçıvan"lı I Liqa klubunda
-
14:35
Cavid İmamverdiyev klubundan ayrıldı
-
13:58
Azərbaycan futbolunda yenilik VİDEO
-
13:21
Aərbaycan kubokunun püşkü atılıb FOTOLENT
-
13:07
“Neftçi”nin sabiq futbolçusu "Xankəndi"də
-
12:46
Andrey Ştoqrin: “Məqsədimiz bu cür qələbələrin adiləşməsidir”
-
12:34
Velosiped İdmanı Federasiyası və AHİİTA arasında Memorandum imzalanıb
-
12:13
“Səbail”ə lazım olmadı, “Mingəçevir”ə keçdi
-
11:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:29
“Kəpəz”in futbolçusu bıçaqlandı, klub açıqlama yaydı
-
11:05
Parisdəki "Böyük Dəbilqə"də Azərbaycanı səkkiz cüdoçu təmsil edəcək
-
10:48
Yarımçıq dayandırılan "Qəbələ" - "Turan Tovuz" matçının vaxtı bilindi
-
10:31
"Roma" uduzdu VİDEO
-
10:17
XXII turun oyun cədvəli açıqlandı
-
10:00
"Fənərbaxça" 3 xalı 2 qolla qazandı VİDEO
-
19:19
“Qarabağ” 2026-cı ildə ilk transferini reallaşdırdı
04.02.2026
03.02.2026
02.02.2026























