Ölkə futbolu
Qurbanov məğlubiyyəti şərh etdi

"Qarabağ" Azərbaycan Premyer Liqasının 30-cu turunda səfərdə "Sabah"a 2:3 hesabı ilə məğlub olub.
Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında əvvəlcə komandasının yenilgisini şərh edib:
“Məğlub olduq, bunu qəbul edirəm. Bəlkə də oyuna daha ciddi yanaşmalı idik. Deməzdim ki, məşqlərdə arxayınlıq var idi. Çox yaxşı məşqlərimiz oldu. "Sabah"da istək daha çox idi. Bəsit qollar buraxdıq. Belə oyunların bizə faydası olur. Hər bir halda məğlub olmuşuqsa, deməli bu gün yaxşı deyildik. Qarşıdakı oyunlara daha məsuliyyətli hazırlaşacağıq”.
Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
-"Sabah" çempionatda ən çox qol buraxdığınız komandadır. Bunun xüsusi səbəbi var?
- Ola bilər. Əllərinə düşən şanslardan istifadə edə bilirlər. Bu il "Sabah"la bütün oyunlarımız maraqlı oldu. Amma bir rəqibdən bu qədər top buraxmaq olmaz. Bəlkə də "Sabah"la matçlar futbolçuların idman formasından uzaq olduğu perioda düşür. Amma hər bir halda mən bunu qəbul etmirəm. Daha diqqətli olmalıyıq.
- Üçüncü qolu necə şərh edərdiniz?
- Son vaxtlar hakimlər haqda o qədər danışılıb, epizodlar müzakirə olunub. Bilmirəm artıq hansı epizod qayda pozuntusudur, hansı epizod penaltidir. Dəfələrlə bildiriblər ki, əl qalxdısa, cərimə zərbəsidir. Mən mübarizənin tərəfdarıyam. Hansı qayda düzdür, onu bilmirəm. Gördüyüm qədərilə Bədaviyə dirsəyi ilə toxunur. Ümumiyyətlə Rəvan Həmzəzadə oyuna temp verən hakimdir. Bəzən də görürsən ki, belə olur. Düzələr inşallah.
- "Qarabağ"ın çempionluğu təmin etməsinin məğlubiyyətlə əlaqəsi var?
- Peşəkar klubuq. Nə olursa, futbolumuzu oynayırıq. Azarkeşlərimiz də bizdən yaxşı oyun, qələbə gözləyir. Nə məşqdə, nə oyunlarda belə düşüncə var. Hər oyunda maksimum nəticə istəyirik. Məğlubiyyət futbolun silinməyən qanunlarındandır.
- Ən uğurlu mövsümündə komanda çempionatda 4 dəfə məğlub olub. Bunu nə ilə əlaqələndirirsiz?
- Digər komandaların da xal itkiləri çox olur. Bəlkə, 6-7 məğlubiyyətlə yenə çempion olacaqsan. Bu dəfə rəqiblər daha çox xal itirdilər.
- Mediada çempionatın formatının dəyişəcəyi ilə bağlı xəbərlər var. Siz necə düşünürsünüz, dəyişikliyə ehtiyac var?
- Böyük futbol ölkəsi olmaq üçün əvvəlcə komanda sayı artmalıdır. Buna ehtiyac var. Futbolu sevdirmək lazımdır. Bu gün oyunlarımıza 2000-3000 azarkeş gələndə sevinirik. Komanda sayı çox olsa, azarkeş kütləsi də artacaq. Bunlar çox vacibdir. Amma bundan da vacibi keyfiyyətdir. Düzgün qərar verilməlidir. Çətinliklər həmişə olur. Gedişatda bunu düzəltmək olar. Yaxşı layihə qurulsa, futbolu canlandıra bilərik. Sabah 4-5 komanda çempionata gələcəksə, onların problemi olmayacaqsa, böyük məmnuniyyətlə buna razıyam. Niyə bizdə 16-18 komanda olmasın? Bir komandaya qarşı 4 dəfə oynamaq azarkeş üçün bəlkə də maraqlıdır. Amma bizim üçün maraqsızdır. Kuboku da nəzərə alsaq, 6 dəfə olur. Futbolçuların bir-birini görməkdən zəhlələri gedir.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-da dəyişiklik: Departament rəhbərinin müqaviləsi yenilənmədi
- Vüqar Nadirovla yolları ayıran “Şəmkir”də yeni baş məşqçi
- Erkin İbrahimov “Kəpəz”dən gedir?
- İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
- “Şelburn” - “Qarabağ” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- “Neftçi”nin Polşadakı düşərgəsinə yeni legioner qoşuldu
- “Səbail” “Bakı”nın daha bir yetirməsini transfer etdi
- "Zirə" 4-cü transferini reallaşdırdı
- Zaur Axundov: “Sevinirik, lakin hələ heç nə bitməyib”
- “Lill”in yetirməsi “Neftçi”də - SON DƏQİQƏ
- PFL I Liqanın başlama tarixini açıqladı
- “Neftçi" "Hapoel"lə heç-heçə etdi
- Hamidu Keyta “Araz-Naxçıvan”da
- “Aris” - “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- “Göstərilən münasibəti nəzərə alaraq, “Sabah”la müqaviləni birtərəfli qaydada pozdum”
-
13:50
Sami Mmaee: “Qarabağ” mənim üçün ən yaxşı variant idi”
-
13:34
I Liqa təmsilçisi iki futbolçusu ilə vidalaşıb
-
13:23
AFFA “Karvan” və “İmişli”yə möhlət verdi
-
13:02
"Neftçi"nin baş məşqçisi: "Komanda xarakter göstərdi"
-
12:41
Zubir Azərbaycan futbolu tarixinə düşdü
-
12:19
İbrahima Vadji "Turan Tovuz"da
-
12:07
“Şkendiya”nın baş məşqçisi: “Qarabağ”a mütləq hörmətlə yanaşmalıyıq”
-
11:55
“Sumqayıt” “Kəpəz”i sınağa çəkəcək
-
11:38
Rəşad Sadıqov: “Cavab oyunu öncəsi favorit görmürəm”
-
11:26
Kadi: “Konfrans Liqasında oynamaq istəmirəm”
-
11:14
“Zirə” “Hayduk”la qarşılaşır
-
11:00
"Araz-Naxçıvan" "Aris"ə qarşı
-
10:51
Azərbaycan klublarının avrokuboklardakı yubiley qələbəsi
-
10:23
"Fənərbaxça" yoxlama oyununda "Latios"nu məğlub etdi VİDEO
-
10:06
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Şkendiya" "Qarabağ"a belə rəqib oldu VİDEO
-
09:39
Tahir Gözel: “Daha iki transfer də olsa, 8 il öncəki nəticəni təkrarlaya bilərik”
-
09:27
Azərbaycan UEFA reytinqində irəlilədi
-
09:15
"Qarabağ" avtoqolla sevindi VİDEO
-
23:26
“Qarabağ”ın rəqibi müəyyənləşdi
-
23:12
"Kəpəz" sabiq futbolçusunu geri qaytardı
-
23:04
Qurban Qurbanov: “Transferə ehtiyacımız var”
-
22:37
"Şelburn"un baş məşqçisi: "Hesabı bərabərləşdirə bilərdik"
-
22:00
"Neftçi" Türkiyə çempionuna uduzdu
-
21:53
"Qarabağ" ÇL-in üçüncü mərhələsində
-
21:48
“Araz-Naxçıvan” müdafiəçisi: “İlk oyunun nəticəsini yaddan çıxarmışıq”
-
21:31
Elmar Baxşıyev: “Aris”in bərbad komanda olduğunu düşünmürəm”
-
18:05
"Kəpəz"in sabiq kapitanı Qazaxıstan klubunda
-
17:22
"Neftçi"nin Polşa toplanışı davam edir FOTOLENT
-
16:46
“Beşiktaş” Azərbaycan millisinin futbolçusunu transfer etdi
-
16:19
Caka rəsmən İngiltərə klubunda
-
15:54
Ehtiram Quliyev “Turan Tovuz”un Boludakı düşərgəsində FOTOLENT
-
15:33
"Azərreyl"dən yeni transfer
-
14:47
Rüfət Abdullazadə Xorvatiya klubunda məşqlərə başladı
-
14:00
Azərbaycanlı hakim UEFA Superkuboku oyununa təyinat aldı
-
13:28
"Araz-Naxçıvan"ın rəqibi qapıçısı ilə vidalaşıb
-
12:51
"Flamenqo" "Atletiko"nun yarımmüdafiəçisini transfer etdi
-
11:32
"Səbail"i Mərakeş klubuna dəyişdi
-
11:09
45 yaşlı Quiza 7-ci liqa klubunda
-
10:46
“Neftçi”də lüksemburqlu hücumçu
-
10:23
DÇ-2026: Püşkatmanın vaxtı və məkanı məlumdur
-
09:37
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
22:35
"Sumqayıt" İtaliya A Seriyasında oynamış futbolçunu transfer etdi
-
20:41
"Səbail" növbəti transferini açıqladı
-
20:17
"Turan Tovuz" Türkiyə klubu ilə heç-heçə oynadı
-
18:58
Abdullazadə daha iki il “Sumqayıt”da
-
18:26
Qurban Qurbanov: “Hücum xəttindən razıyam, sadəcə...”
-
18:00
“Bavariya”da yeni müqavilə
-
17:34
Azərbaycanlı qadın hakimə UEFA-dan təyinat
-
17:19
Boksçularımız Almaniyada yarışacaqlar
31.07.2025
30.07.2025
29.07.2025













