Ölkə futbolu
Tahir Gözel: “Daha iki transfer də olsa, 8 il öncəki nəticəni təkrarlaya bilərik”

“Qarabağ”ın prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda “Şelburn”u 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- “Qarabağ”ın çıxışını necə qiymətləndirirsiniz?
- Çox müsbət qiymətləndirirəm. Gözəl oyun oldu. Əsas odur ki, heyətdə zədələnən olmadı. Bu, mənim üçün önəmli idi. Komanda yaxşı təsir bağışladı. Penaltini qaçırdıq. Bu da futbolda olan haldır. Klub prezidenti kimi məni sevindirən ikinci məqam odur ki, yeni transferlərimiz baxımlı, çox gözəl futbolçulardır. Düzdür, Bolt zədə səbəbindən Bakıdakı matçda meydana çıxa bilmədi. Ümumilikdə, yaxşı transferlər etmişik. Çox razıyam. Daha iki transferimiz olmalıdır. Qurban hoca istəyib, biz də ona dəstək veririk.
- Hansı mövqeləri gücləndirmək istəyirsiniz?
- Hücum və orta xətti. Daha doğrusu, hücuma meyilli yarımmüdafiəçi.
- Mətbuatda yayılan xəbərə görə, “Turan Tovuz” sabiq hücumçunuz İbrahima Vadjini transfer edir. Maraqlıdır, “Qarabağ” niyə sabiq hücumçusunu geri qaytarmaq istəməyib?
- O detaldan xəbərsizəm. Mən Qurban hocanı təbrik edirəm. “Qarabağ”ın dəst xətti, özünəməxsus oyun tərzi var. “Şelburn”la ikinci görüşdə 4 yeni oyunçu meydanda olsa da, komanda özünü yaxşı göstərdi. Daha iki transferimiz də olsa, 2017/18 mövsümündəki nəticəni (Çempionlar Liqasının qrup mərhələsi nəzərdə tutulur - red.) təkrarlaya bilərik.
- “Qarabağ” “Şelburn”u mübarizədən kənarlaşdırmaqla minimum UEFA Konfrans Liqasının liqa mərhələsini təmin etdi...
- Əlbəttə ki, bu, bizi sevindirir. Lakin hədəfimiz daha yüksəkdir. Bu, “Qarabağ”ın gəliri üçün də önəmlidir. Yaxşı transferlər edə bilərik. Həmişə deyirəm, sponsorumuz əladır, “Azərsun” bu baxımdan 1 nömrədir. İllərdir klubu dəstəkləyir. Bu, minlərlə insanın zəhmətinin nəticəsidir. Lakin həmişə istəyirik ki, klub sponsordan asılı olmasın. Müstəqillik hər kəsə xoşdur. İstərdik ki, öz gəlirlərimizlə klubu idarə edək. Ona görə avrokuboklardakı oyunlar çox önəmlidir.
- “Qarabağ”a rəqib ola bilməyən FCBS-nin prezidenti Cici Bekali komandanıza atmacalar atırdı, açıqlamaları ilə qıcıq yaradırdı. Həmkar kimi ona cavab vermək istərdiniz?
- Bizim sözümüz varsa, meydanda deyirik. Qurban hoca da bu barədə qısaca fikrini bildirdi. Mən də onunla tam razıyam. Bizim mənəviyyatımız başqadır.
- Növbəti rəqib Şimali Makedoniya çempionu “Şkendiya” oldu. Əvvəldən bu rəqiblə qarşılaşmağı istəyirdiniz?
- Biz əvvəldən öz aramızda danışarkən deyirdik ki, rəqibin bizim üçün fərqi yoxdur. Ötən il FCSB-ya uduzmuşduq. Revanş baxımından onlarla qarşılaşmaq istərdik. Digər tərəfdən isə bazar ertəsi Bakıda vacib görüşlərim var. Ona görə Şimali Makedoniya çempionu ilə qarşılaşmaq da xoşdur.
Fərəc Aslanov

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-da dəyişiklik: Departament rəhbərinin müqaviləsi yenilənmədi
- Erkin İbrahimov “Kəpəz”dən gedir?
- İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
- “Neftçi”nin Polşadakı düşərgəsinə yeni legioner qoşuldu
- “Şelburn” - “Qarabağ” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- “Səbail” “Bakı”nın daha bir yetirməsini transfer etdi
- Zaur Axundov: “Sevinirik, lakin hələ heç nə bitməyib”
- “Lill”in yetirməsi “Neftçi”də - SON DƏQİQƏ
- PFL I Liqanın başlama tarixini açıqladı
- “Aris” - “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- “Neftçi" "Hapoel"lə heç-heçə etdi
- “Göstərilən münasibəti nəzərə alaraq, “Sabah”la müqaviləni birtərəfli qaydada pozdum”
- AFFA-nın qabaqdangəlmişliyi
- “Araz-Naxçıvan”dan darmadağın
- Azərbaycan çempionu olmuş serb: “İliç “Sumqayıt”dan təklif alan kimi mənə zəng vurdu”
-
20:12
“Neftçi” AEL-lə heç-heçə oynadı
-
19:24
"Sumqayıt" yeni mövsümün hazırlıqlarını davam etdirir FOTOLENT
-
18:00
Emin Mahmudov yenidən “Neftçi”nin kapitanı oldu
-
17:45
“Neftçi” AEL-lə oyuna bu heyətlə çıxacaq
-
17:39
UEFA-dan Əliyar Ağayevə təyinat
-
17:17
"Şkendiya" azərbaycanlı azarkeşlərə nə qədər yer ayırıb?
-
16:58
Millimizin üzvü ilə yeni müqavilə imzalanıb
-
15:43
“Araz-Naxçıvan”ın Kiprdəki oyununun da hakimləri müəyyənləşdi
-
15:31
Azərbaycan millisi dünya çempionatında 13-cü olub
-
15:06
Andrade: “Xarakter göstərdik”
-
14:25
"Araz-Naxçıvan" - "Omoniya" matçında çexiyalı hakimlər
-
14:14
ÇFR - "Braqa" oyunu Elçin Məsiyevə tapşırıldı
-
14:00
"Beşiktaş" ikinci oyunda da "Şaxtyor"a uduzdu VİDEO
-
13:49
“Araz-Naxçıvan”ın “Omoniya” ilə oyunlarının vaxtı bilindi
-
13:38
"Kəpəz"də ayrılıq
-
13:12
Boksçumuz Almaniyada yarımfinala yüksəlib
-
12:51
Orxan Əliyev Qırğızıstanda növbəti qolunu vurdu
-
12:26
PFL Premyer Liqanın sponsoru ilə müqaviləni yenilədi
-
12:03
Zamiq oynadı, komandası mərhələ adladı
-
11:47
“Turan Tovuz” Albaniya və Mərakeş klubları ilə qarşılaşacaq
-
11:35
PFL-in icraçı-direktoru UEFA-dan təyinat alıb
-
11:24
"Omoniya"nın baş məşqçisi: "Araz-Naxçıvan" yaxşı komandadır"
-
11:10
Azərbaycan Avropa birinciliyində üçüncü olub
-
10:58
Adil Şükürov: “Hər mövqedə çatışmazlıqlar var”
-
10:39
“Araz-Naxçıvan” adına tarix yazdıq”
-
09:56
"Zirə" əlavə vaxtda uduzdu VİDEO
-
09:41
Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb
-
09:23
Rəşad Sadıqov: “Özümü qalib kimi hiss edirəm”
-
02:07
Elmar Baxşıyev: “Bakıdakı oyuna baxsaq, 5:1 hesabı ilə qalib gəlməli idik”
-
01:34
“Zirə” avrokuboklarla vidalaşdı
-
00:15
"Araz-Naxçıvan" III mərhələdə!
-
20:49
“Sumqayıt” “Kəpəz”i məğlub etdi
-
20:17
“Qarabağ” UEFA reytinqində irəlilədi
-
18:24
“Sumqayıt” yeni transfer reallaşdırdı
-
18:02
“İmişli” serbiyalı yarımmüdafiəçi transfer edib
-
17:31
"Neftçi"nin sonuncu oyununun vaxtı açıqlandı
-
16:57
Güləşçilərimiz bu il Avropa çempionatlarında 73 medal qazanıblar
-
16:43
Bəhlul Mustafazadə: “Bu heyətlə də Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazana bilərik”
-
15:26
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 2 gümüş medal qazanıb
-
14:18
"Qarabağ"ın “Şkendiya” ilə oyunlarına hakim təyinatlar açıqlandı
-
13:50
Sami Mmaee: “Qarabağ” mənim üçün ən yaxşı variant idi”
-
13:34
I Liqa təmsilçisi iki futbolçusu ilə vidalaşıb
-
13:23
AFFA “Karvan” və “İmişli”yə möhlət verdi
-
13:02
"Neftçi"nin baş məşqçisi: "Komanda xarakter göstərdi"
-
12:41
Zubir Azərbaycan futbolu tarixinə düşdü
-
12:19
İbrahima Vadji "Turan Tovuz"da
-
12:07
“Şkendiya”nın baş məşqçisi: “Qarabağ”a mütləq hörmətlə yanaşmalıyıq”
-
11:38
Rəşad Sadıqov: “Cavab oyunu öncəsi favorit görmürəm”
-
11:26
Kadi: “Konfrans Liqasında oynamaq istəmirəm”
-
10:51
Azərbaycan klublarının avrokuboklardakı yubiley qələbəsi
01.08.2025
31.07.2025
Arxiv
Avqust 2025 |
B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
01 | 02 | 03 | ||||
04 | 05 | 06 | 07 | 08 | 09 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |













