Ölkə futbolu
“Qarşımıza heç kim avrokuboklara yollanmaq tapşırığı qoymayıb, lakin...”

“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının 23-cü turunda “Sumqayıt” səfərində 1 xal qazandınız. Qolsuz heç-heçəni necə şərh edərdiniz?
- Oyunun ağır keçəcəyini bilirdik. “Sumqayıt” hazırda ən yaxşı formada olan komandalardan biridir. Evdə də, səfərdə də çox xoş təsir bağışlayırlar. Qışdan sonra baxımlı futbol sərgiləyirlər. Rəqibi düzgün analiz etmişdik. Düşünürəm ki, baş məşqçimizin verdiyi tapşırıqları 100 faiz olmasa da, 90 faiz yerinə yetirə bildik. Rəqibə real qol epizodları vermədik. Qalib də gələ bilərdik. Lakin ümumi götürdükdə "Sumqayıt” səfərində 1 xal da pis nəticə deyil. Məğlub olsaydıq, rəqib bizdən bir qədər də aralanacaqdı və sonradan bu fərqi aradan qaldırmaq çətin olacaqdı.
- Sanki bu mövsüm “Turan Tovuz” daha çox qeyri-stabillikdən əziyyət çəkir...
- Rəqiblər də xal qazanmaq istəyir. Çempionat həqiqətən də çox maraqlı keçir. İkinci yerlə səkkizinci yer arasında cəmi 6 xal fərq var ki, bu da 2 qələbə deməkdir. Düşünürəm ki, qarşıdakı turlar daha maraqlı qarşılaşmalara şahidlik edəcəyik.
- Qeyd etdiyiniz kimi, hazırda “Turan Tovuz”u ikinci pillədən cəmi altı xal ayırır. Bu o deməkdir ki, avrokuboklar iddianız davam edir?
- Düzünü desək, qarşımıza heç kim avrokuboklara yollanmaq tapşırığı qoymayıb, lakin futbolçu kimi mən də istərəm ki, qitə kuboklarında mübarizə aparaq. Burda oynayıramsa, çörək qazanıramsa, çalışıram ki, komandaya fayda verim. Mövsümün sonunda yekun nəticə bilinəcək. İndiki məqamda çalışırıq ki, hər oyundan oyuna artıraq, daha yaxşı çıxış edək.
- Son ev oyunlarını maksimum nəticə ilə başa vurursunuz. Bu uğurlu seriyanı qarşıdakı turda “Neftçi” ilə matçda da davam etdirmək mümkün olacaq?
- Təbii ki, “Neftçi”yə qarşı oyunlar həmişə çətin keçir. Öz meydanımızda oynayacağıq. Bütün gücümüzü qoyacağıq ki, qələbə qazanaq. İndiki məqamda bizim üçün hər matç finala bərabərdir. Yaxşı nəticə qazanmaq, azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik.
- Bu günlərdə “Turan Tovuz”un yaranmasının 32 illiyi tamam oldu...
- Premyer Liqada yetirməsi olduğum “Bakı”nın heyətindəki ilk oyunum məhz “Turan Tovuz”a qarşı olub. Səhv eləmirəmsə, 2011-ci il idi. Ona görə də bu klubun mənim üçün yeri başqadır. Qismət elə gətirib ki, bu gün burdayam. Hamı təsdiqləyər ki, “Turan Tovuz” çempionata maraq qatan komandadır. İnşallah komandanın mövcudluğu daimi olar. Daha da inkişaf edər, yaxşı futbolçular çıxar. “Turan Tovuz” buna layiqdir. Rəhbərlik də klub üçün əlindən gələni edir.
- Rəhbərlik demişkən, “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev komandanın 32 yaşı tamam olan günü sosial şəbəkə hesabında maraqlı bir yazı paylaşmışdı. Həmin paylaşımla tanışsınız?
- Açığı, yazını oxumamışam. Çünki sosial şəbəkələrdən demək olar ki, uzağam. Amma Ehtiram Quliyevin dəstəyini hər zaman hiss edirik, hər matçda görürük. Hətta uduzduğumuz oyunlardan sonra belə o, bizim arxamızdadır. Bu dəstəyi hiss edirik. Biz də çalışırıq ki, həm rəhbərliyi, həm azarkeşləri öz oyunumuzla, qazandığımız nəticələrlə sevindirək. Onlar bizə dəstək olmaq üçün hər ev oyununa gələrkən 428 kilometr məsafə qət edirlər. Hər səfər matçında biz bunun nə demək olduğunu görür, həmin yorğunluğu hiss edirik.
Fərəc ASLANOV

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-da dəyişiklik: Departament rəhbərinin müqaviləsi yenilənmədi
- Vüqar Nadirovla yolları ayıran “Şəmkir”də yeni baş məşqçi
- Erkin İbrahimov “Kəpəz”dən gedir?
- İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
- “Neftçi”nin Polşadakı düşərgəsinə yeni legioner qoşuldu
- “Səbail” “Bakı”nın daha bir yetirməsini transfer etdi
- “Səbail”in hücumçusu legioner həyatı yaşayacaq - ÖZƏL
- “Şelburn” - “Qarabağ” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- Rəşad Sadıqovdan “Neftçi” rəhbərliyinə təşəkkür
- "Zirə" 4-cü transferini reallaşdırdı
- Zaur Axundov: “Sevinirik, lakin hələ heç nə bitməyib”
- “Lill”in yetirməsi “Neftçi”də - SON DƏQİQƏ
- PFL I Liqanın başlama tarixini açıqladı
- “Neftçi" "Hapoel"lə heç-heçə etdi
- Hamidu Keyta “Araz-Naxçıvan”da
-
12:51
"Flamenqo" "Atletiko"nun yarımmüdafiəçisini transfer etdi
-
11:32
"Səbail"i Mərakeş klubuna dəyişdi
-
11:09
45 yaşlı Quiza 7-ci liqa klubunda
-
10:46
“Neftçi” Lüksemburq millisinin hücumçusunu transfer etdi
-
10:23
DÇ-2026: Püşkatmanın vaxtı və məkanı məlumdur
-
09:54
"Neftçi" Çempionlar Liqasında mübarizəyə başlayır
-
09:37
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:15
"Qarabağ" "Şelburn"a qarşı
-
22:35
"Sumqayıt" İtaliya A Seriyasında oynamış futbolçunu transfer etdi
-
20:41
"Səbail" növbəti transferini açıqladı
-
20:17
"Turan Tovuz" Türkiyə klubu ilə heç-heçə oynadı
-
18:58
Abdullazadə daha iki il “Sumqayıt”da
-
18:26
Qurban Qurbanov: “Hücum xəttindən razıyam, sadəcə...”
-
18:00
“Bavariya”da yeni müqavilə
-
17:34
Azərbaycanlı qadın hakimə UEFA-dan təyinat
-
17:19
Boksçularımız Almaniyada yarışacaqlar
-
16:45
"Karvan"da ayrılıq
-
15:52
"Qarabağ" - "Şelburn" oyununa nə qədər bilet satılıb?
-
15:33
Polşa millisinin müdafiəçisi “Portu”da
-
15:21
Rəşad Sadıqov: “O baxımdan “Hayduk”un üstünlüyü var”
-
14:08
"Araz-Naxçıvan” Salonikidədir
-
13:46
“Turan Tovuz”dan ayrılan müdafiəçi “Səbail”də
-
12:57
“Qarabağ”ın oyununa görə sabah metro gücləndirilmiş rejimdə işləyəcək
-
12:34
“Zirə” Xorvatiyaya yollandı
-
12:19
Azərbaycan atıcıları Fransada uğurla çıxış ediblər
-
12:02
Hədəflər ayrıdırsa... - QEYD
-
11:43
Duqlas Luis “Yuventus”dan gedir
-
11:21
I Liqa klubunda yeni müqavilə
-
10:55
Şotlandiya klubu “Milan”ın hücumçusu ilə maraqlanır
-
10:38
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
"Turan Tovuz" Türkiyə klubuna qarşı
-
10:07
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 2 medal qazanıb
-
09:49
“Səbail” yeni mövsümün hazırlıqlarına başladı FOTOLENT
-
09:24
Caka karyerasını İngiltərədə davam etdirəcək
-
09:00
“Çelsi” qapıçısını icarəyə verdi
-
20:58
Rüstəm Əhmədzadə “Sumqayıt”da
-
20:35
Qvardiola: “Mənim 75 yaşım var”
-
20:09
Filipinyo “Araz-Naxçıvan”da
-
19:46
“Everton”u yapon futbolçu ilə maraqlanır
-
19:24
Tahir Gözel: “Hücumçu və hücuma dəstək verəcək mövqelərə oyunçu istəyirik”
-
18:57
Sabiq “Sumqayıt”lı ölkəsinə qayıtdı
-
18:32
“Səbail” “Araz-Naxçıvan”ın qapıçısını transfer etdi
-
18:11
Salifu Suma: “Malmö”də olmaq mənim üçün çox önəmlidir”
-
18:00
“Milan” “Brügge”yə yeni təklif göndərdi
-
17:28
Adli Premyer Liqa klubunun hədəfində
-
16:15
"Anderlext"dən "Araz-Naxçıvan"a
-
15:53
“Turan Tovuz” sabah Türkiyə klubu ilə qarşılaşacaq
-
15:39
Elmar Baxşıyevin köməkçiləri ilə yeni müqavilə imzalandı
-
15:24
“Mançester Siti” sabiq qapıçısını geri qaytarır
-
14:47
Navas Meksika klubu ilə müqavilə imzaladı
30.07.2025
29.07.2025
28.07.2025













