8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Coşqunun komandası qələbə həsrətinə son qoydu

Azərbaycan millisinin üzvü Coşqun Diniyevin də çıxış etdiyi "Ümraniyespor" Türkiyə 1-ci liqasında 22-ci tur oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, komanda səfərdə "Corum"la qarşılaşıb. "Ümraniyespor" oyundan qələbə ilə ayrılıb - 1:0. Yeganə qolu 34-cü dəqiqədə Dimitri Kavare vurub.

Zədəsini yenicə sağaldan Coşqun 69-cu dəqiqədə Emre Demirin əvəzinə meydana daxil olub.

Bu nəticə ilə Diniyevin komandası qələbə həsrətinə son qoyub. Kubok da nəzərə alınmaqla “Ümraniyespor” son 5 matçda qalib gələ bilməmişdi.

Qeyd edək ki, hazırda turnir cədvəlində "Ümraniyespor" 27 xalla 10-cudur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31