15 Avqust 2025, Cümə
"Qəbələ" qələbəni əldən verdi
Yeni mövsümün ilk qolu vuruldu
"Omoniya" layiqli qələbə qazandı"
"Neftçi" kapitanlarını açıqladı

Ölkə futbolu

Avropa çempionatı: Əliyar Ağayev Almaniyanın oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Əliyar Ağayevin 21 yaşadək komandalar arasında keçirilən Avropa çempionatında təyinat aldığı növbəti oyun bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, ədalət təmsilçisi C qrupunun ikinci turundakı Çexiya-Almaniya görüşündə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Matçı norveçli Espen Eskas idarə edəcək. Ona həmyerliləri Yan Erik Enqan və İsak Elias Başevkin köməklik göstərəcək.

Qeyd edək ki, iyulun 25-də Gürcüstandakı "Batumi Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qitə çempionatı Gürcüstan və Rumıniyada təşkil olunur. Əliyar Ağayev daha əvvəl A qrupundakı Belçika-Niderland (0:0) matçını idarə edib.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31