21 Avqust 2025, Cümə axşamı
I Liqada yeni mövsümün püşkü atıldı
Qurban Qurbanovdan qələbə şərhi
“Qarabağ” “Ferensvaroş”a qalib gəldi
“Bir xal da bizim üçün xeyirlidir”

Ölkə futbolu

"Traktor" rəsmisi Höccət Haqverdinin gedişini təsdiqlədi

Təbrizin "Traktor" klubunun baş direktoru Eyub Behtadj futbolçuları Höccət Haqverdinin "Neftçi"yə keçəcəyinə dair məlumatlara münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o, Haqverdinin klubdan ayrıldığını təsdiqləyib: "O, Azərbaycan millisinin düşərgəsində olduğundan "Traktor"un Türkiyədəki təlim-məşq toplanışında iştirak etmədi. Təbrizə qayıtdıqdan sonra isə bildirdi ki, zədə alıb. Höccət klubun müşahidəsi altında müalicə olundu, yekunda isə zədəsini sağalda bilmədi". 

Eyub Behtadj deyib ki, "Traktor"un yeni baş məşqçisi, ispan Pako Xemez gəldikdən sonra H.Haqverdiyə məşqlərdə iştirak şansı verməyib. "Ona görə də bu oyunçununun klubdan getməsi 100 faiz idi. İndi biz  Xemezdən həmin futbolçunun yerinə kimi gətirəcəyini gözləyirik".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31