26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Ferentsvaroş"un qapıçısı: "İkinci hissədə biz daha çox nəticəni qorumağa çalışdıq"

"Ferentsvaroş"un (Macarıstan) kapitanı Deneş Dibus Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la Bakıda 1:1-lik heç-heçə bitən görüş haqda fikirlərini bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, macar qolkiper oyunun ağır şəraitdə keçdiyini bildirib

"İkinci hissədə biz daha çox nəticəni qorumağa çalışdıq. Oyun şəraiti ağır, rütubət yüksək idi. Stadion çox gücümüzü aldı. Qarşılaşmada nəticə rəqibin xeyrinə də bitə bilərdi, çünki onların da şansları vardı. Səfərdəki heç-heçədən narazı qala bilmərik. Buraxdığımız qolda bir az bəxtimiz gətirmədi. “Qarabağ”ın yaxşı komanda olduğunu gördük. Bütün bildiklərimiz ikinci oyunda bizə lazım olacaq. Bunu evdə - öz tamaşaçılarımızın qarşısında etmək lazımdır”.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 9-u Budapeştdə olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30