Ölkə futbolu
AFFA İcraiyyə Komitəsi Liqalarla bağlı qərar qəbul etdi: Premyer Liqa və I divizion isə...

Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq, AFFA-nın bayrağı altında keçirilən liqalarla bağlı təqdimat hazırlanaraq İcraiyyə Komitəsinin üzvlərinə göndərilib.
Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, təqdimatda liqalar barədə ətraflı məlumat, hazırkı vəziyyət və UEFA-nın üzvü olan digər milli assosiasiyalarda pandemiya amili nəzərə alınaraq qəbul olunmuş qərarların qısa xülasəsi öz əksini tapıb.
Xüsusi karantin rejimi ilə əlaqədar AFFA İcraiyyə Komitəsinin iclasının keçirilməsi mümkün olmadığı üçün telefon zəngi vasitəsilə liqalarla bağlı təqdimatda qeyd olunmuş məsələlər barədə hər bir üzvün münasibəti öyrənilib.
AFFA rəhbərliyi və İcraiyyə Komitəsinin üzvləri, ilk növbədə, ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması, pandemiya dövründə vətəndaşların sağlamlığı naminə dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərlə əlaqədar Azərbaycan Respuklikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Aparılan geniş müzakirələrdən sonra səs çoxluğu ilə aşağıdakı qərarlar qəbul olunub:
1. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar mövcud vəziyyət, Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində tədris prosesi ilə bağlı qəbul etdiyi müvafiq qərarlar nəzərə alınaraq, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 liqalarında, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarında, “Coca-Cola Məktəbli Kuboku” turnirində, Region Liqasında mövsüm başa çatdırılsın. Final mərhələsi play-off sistemi ilə keçirilən turnirlər istisna olmaqla, digər liqalarda hazırda turnir cədvəlində birinci pillədə olan komandalar qalib elan olunsun.
Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı müsbət istiqamətdə dəyişikliklər baş verərsə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla, yekunlaşdırılmış liqaların komandaları arasında mini-turnirlərin təşkil olunması nəzərdə tutulsun.
Qalibləri elan olunan liqalarda hazırkı turnir cədvəli aşağıdakı kimidir:
2. Azərbaycan Premyer Liqası və Birinci Divizionla bağlı məsələyə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.
3. AFFA-nın Gənclər Liqası (U-19 yaş qrupu) ilə bağlı məsələyə UEFA ilə məsləhətləşmələrin nəticəsi, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.
4. Futzal üzrə Yüksək Liqa, Birinci Liqa, İkinci Liqa və Azərbaycan Kuboku ilə bağlı Futzal Federasiyası tərəfindən müvafiq təkliflər hazırlanaraq AFFA-ya təqdim olunsun. AFFA-nın rəyindən sonra müvafiq liqalarla bağlı Futzal Federasiyası tərəfindən qərarlar qəbul edilsin.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi” daha iki transferi rəsmiləşdirdi - ÖZƏL
- Vüqar Nadirovla yolları ayıran “Şəmkir”də yeni baş məşqçi
- “Turan Tovuz” “Benfika”nın yetirməsini transfer edir - EKSKLÜZİV
- “Kəpəz”dən ayrılan futbolçu “Səbail”də - ÖZƏL
- Firuz Abdulla: “Ümidvarıq ki, turnir cədvəlində əlifba sırası “Səbail”in “S”-i ilə pozulacaq”
- Erkin İbrahimov “Kəpəz”dən gedir?
- "Neftçi" Ozobiçlə yollarını ayırdı
- “Sabah”dan ayrılan İrasabal sabiq “Neftçi”linin yanına yollandı
- “Neftçi” hazırlığa start verdi
- “Səbail”in hücumçusu legioner həyatı yaşayacaq - ÖZƏL
- Rəşad Sadıqovdan “Neftçi” rəhbərliyinə təşəkkür
- Andrade “Neftçi”yə keçməyəcək
- “Səbail” “Bakı”nın daha bir yetirməsini transfer etdi
- "Zirə" 4-cü transferini reallaşdırdı
- “Lill”in yetirməsi “Neftçi”də - SON DƏQİQƏ
-
21:52
Elmar Baxşıyev: “Komandamdan narazı qalmadım”
-
20:44
“Araz-Naxçıvan” məğlub oldu
-
19:59
"Qəbələ" "Şamaxı"ya qalib gəldi
-
17:23
Azərbaycanın ağırlıqqaldıranı Gürcüstanda bürünc medal qazanıb
-
16:35
"Sumqayıt" yarımmüdafiəçisi ilə vidalaşıb
-
16:16
“Kəpəz” “Karvan”la yoxlama matçı keçirəcək
-
16:03
“Neftçi” onunla müqaviləyə xitam verildiyini açıqladı
-
15:51
“Qarabağ” İsveçdəki ilk oyununda qələbə qazandı
-
14:48
“Qarabağ”dan göndərilən futbolçu Almaniya klubunda
-
14:22
Cica "Qarabağ"la vidalaşdı: “Bu klubun bir parçası olmaq çox xoş idi”
-
13:57
Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək badmintonçularımız müəyyənləşib
-
13:39
“Səbail”in daha bir futbolçusu rəsmən Qırğızıstan klubunda
-
13:00
“Neftçi”nin Polşada qarşılaşacağı daha iki rəqib müəyyənləşdi
-
12:45
4 boksçumuz Avropa birinciliyində finala yüksəlib
-
12:18
Azərbaycanın stolüstü tennisçiləri Universiadada mübarizə aparacaqlar
-
11:56
Gimnastlarımız Portuqaliyada medallar qazanıblar
-
11:31
"Turan Tovuz" Türkiyə klubu ilə üz-üzə gələcək
-
09:54
Azərbaycan boksçusu Portuqaliyada qızıl medal qazanıb
-
09:37
"Çelsi" dünya çempionu oldu VİDEO
-
09:12
“Neftçi”dən getdiyini açıqladı
-
13:39
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan gimnastları bəlli olub
-
11:45
"Zirə"nin rəqibindən ardıcıl üçüncü qələbə
-
11:13
Orkun Kökçü "Beşiktaş"da
-
10:28
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
"Qalatasaray"dan 5 qollu qələbə VİDEO
-
19:49
"Zirə" İordaniya klubuna qalib gəldi
-
18:36
"İmişli"də yeni müqavilə
-
16:28
"Karvan" braziliyalı futbolçu transfer etdi
-
15:17
“Kəpəz” Ehtiram Şahverdi”evlə müqaviləni yenilədi
-
13:51
“Qəbələ” növbəti transferini reallaşdırdı
-
12:43
“Turan Tovuz” - “Traktor” oyununun tarixi açıqlandı
-
12:04
Azərbaycanın beş boksçusu Avropa birinciliyində yarımfinala yüksəlib
-
11:32
Basketbol millimizdən növbəti qələbə
-
10:59
Dünya reytinqi: “Qarabağ” gerilədi, “Araz-Naxçıvan” irəlilədi, “Zirə” yerində saydı
-
09:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
23:49
Qurban Qurbanov: “Komandamızın çıxışı gələcəyə ümid verdi”
-
22:58
“Turan Tovuz” “Atletiko”nun sabiq yarımmüdafiəçisini transfer etdi
-
22:07
"Qarabağ"dan növbəti transfer
-
21:45
Finlandiya millisinin üzvü "Araz-Naxçıvan"a qarşı oyanaya bilər
-
21:12
“Qarabağ” ilk oyunda "Tvente”yə qalib gəldi, ikincidə uduzdu
-
20:26
“Fənərbaxça” 18 yaşlı seneqallını transfer etdi
-
20:00
Elmar Baxşıyev: “Oyundan oyuna daha yaxşı təsir bağışlayırıq”
-
19:35
“Neftçi” onunla yollarını ayırdı
-
19:15
“Zirə” - "Hayduk” oyununun hakimləri bilindi
-
19:03
"Araz-Naxçıvan" "Alanyaspor"la heç-heçə etdi
-
18:49
“Sumqayıt” Yankoviçi transfer etdi
-
18:27
"Neftçi"nin basketbol komandası avrokuboklarda çıxış edəcək
-
17:52
Henderson İngiltərəyə qayıtdı
-
17:34
“Neftçi”nin ÇL-dəki oyununun yeri müəyyənləşdi
-
17:18
“Aris” sabiq “Barselona”lını heyətinə qatdı
14.07.2025
13.07.2025
12.07.2025
11.07.2025













