23 Avqust 2025, Şənbə
İliç: "Çempion olmaq istəyərdim"
"Sumqayıt" “Qarabağ”a qalib gəldi
Samir Abasov: “Bu gün iki xal itirdik”
II turun hakim təyinatları açıqlandı

Digər idman növləri

Gimnastlarımız Portuqaliyada medallar qazanıblar

Portuqaliyanın Santarem şəhərində keçirilmiş batut gimnastikası və tamblinq üzrə “ScalabisCup 2025” beynəlxalq turnirində medallar qazanıblar.

Futbolxeber.az saytının məlumatına görə, tamblinq üzrə U-12 yaş kateqoriyasında Sənan Rzazadə 21.300 xalla birinci yeri tutub.

Əsnad Niftiyeva (18.600 xal) ikinci olub.

Böyüklər arasında Tofiq Əliyev, Bilal Qurbanov və Aleksey Karataşovdan ibarət komanda (156.300 xal) qızıl mükafat əldə edib. Fərdi yarışlarda Tofiq Əliyev (28.200 xal) gümüş, Bilal Qurbanov (26.400 xal) bürünc medala sahib çıxıb.

Batut gimnastikasında isə U-14 kateqoriyasında Muhəmməd Həsənli (46.350 xal) ilə Fərhad Mustafayev (49.190 xal) birinci, Ammar Baxşalıyev (53.000 xal) ikinci, Nicat Mirzəyev (53.820 xal) üçüncü yeri tutub.

Amma Baxşalıyev ikili-mini batutda 23.900 xalla bürünc medal əldə edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31