30 May 2020, Şənbə
Klublar Komitəsinin iclası olacaq
Azərbaycanda futbolsuzluq başa çatır
“Qarabağ"da bosniyalı yarımmüdafiəçi?
“Qəbələ”dən ardıcıl 5-ci çempionluq

Ölkə futbolu

“Qarabağ”ı bütün dünyaya tanıtmağı planlaşdırırdıq, ancaq...”

Biz “Qarabağ”ı bütün dünyaya tanıtmağı planlaşdırırdıq, ancaq cavab matçının ilk hissəsi demək olar ki, ən pis oyunumuz idi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu deyib.

Hazırda Çinin "Xançjou Qrintaun" klubunda çıxış edən cənubi afrikalı hücumçu Çempionlar Liqasının pley-off mərhələsində Danirmarkada “Kopenhagen”lə keçirilən cavab matçından danışıb.

O, vurduğu tarixi qolu belə xatırlayıb: “Baş məşqçimiz dedi ki, rəqib bütün gücü ilə irəli atılacaq, qol vurmağa çalışacaq, bizim isə qarşıda yalnız 1-2 şansımız olacaq. İkinci hissənin başlanmasından bir neçə dəqiqə sonra qol vurdum".

Xatırladaq ki, Ağdam klubu 2017-ci ilin avqustunda keçirilən iki oyunun nəticəsinə görə (1:0, 1:2) - Ndlovunun vurduğu səfər qolu ilə “Kopenhagen”i üstələyərək, Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2020
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31