3 Avqust 2020, Bazar ertəsi
"Sabah"da monteneqrolu müdafiəçi
"Keşlə"də ukraynalı yarımmüdafiəçi
“Keşlə” “Zirə”ni məğlub etdi
Şeydayev "Sabah"da qaldı

Ölkə futbolu

AFFA-nın yaranmasından 28 il ötür

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) üçün əlamətdar gündür.

Futbolxeber.az saytının məlumatına görə, qurumun təsis olunmasının 28-ci ili tamam olur.

1992-ci il martın 26-da təsis konfransı baş tutan AFFA Azərbaycanda futbola nəzarət edən müstəqil qeyri-hökumət təşkilatıdır. Qurumun baş qərargahı Bakıda yerləşir, region ofisləri də fəaliyyət göstərir. AFFA Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, milli komandaların oyunları, ümumilikdə futbolun dəstəklənməsi, inkişafı və populyarlaşdırılması ilə məşğul olur.

AFFA assosiativ xarakterli müstəqil qeyri-hökumət təşkilatıdır və 3 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 775 nömrə ilə dövlət qeydiyyatına alınmışdır.

Qurum FİFA və UEFA-nın üzvüdür. AFFA 1994-cü ilin mayında UEFA-nın Vyanada keçirilən 22-ci konqresində UEFA-ya, 1994-cü ilin iyununda FİFA-nın Çikaqoda keçirilən 49-cu konqresində FİFA-ya üzv qəbul olundu.

AFFA-nın ilk prezidenti Fuad Musayev, vitse-prezidenti Fətulla Hüseynov, baş katibi isə Tofiq Bəhramov olub.

2008-ci ildən Rövnəq Abdullayev assosiasiya prezidentidir. Hazırda AFFA-nın 4 vitse-prezidenti var. Rauf Əliyev 2007, Elşad Nəsirov 2008-ci ildən bu vəzifədədirlər. Bu ilin yanvarında keçirilən seçkidən sonra 2007-ci ildən baş katib olan Elxan Məmmədov, həm də icraçı vitse-prezident vəzifəsinə seçilib. Dördüncü vitse-prezident isə Vaqif Sadıqovdur.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2020
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31