Ölkə futbolu
Ceyhun Sultanov: “Məşq etmirlərsə, heç yerə çıxa bilməzlər”

"Neftçi" futbol klubunun idman direktoru Ceyhun Sultanovun müsahibəsi
- Koronavirus pandemiyasına görə Azərbaycan Premyer Liqası dayandırılıb və oyunların aprelin 14-dən tez başlamayacağı dəqiqdir. Karantin müddəti artacağı halda, çempionatın vaxtı da uzanacaq. Futbolçuların klublarla müqavilələrinin müddəti adətən mayın 31-dək olur. Premyer Liqanı həmin tarixə qədər bitirmək mümkün olmasa, "Neftçi"də sözləşməsi başa çatan oyunçulara əlavə maaş ödəniləcək?
- Əvvəlcə onu deyim ki, müqavilədə göstərilən bütün öhdəliklər yerinə yetirilməlidir. O ki qaldı digər məsələyə, bununla bağlı UEFA qərar qəbul etməlidir. Sabah qurum elə bir qərar verə bilər ki, vəziyyət dəyişər. Məsələn, biz futbolçunu oynatmaq istəyirik, amma onun müqaviləsi bitir. Belə olan halda, yeni sözləşmə imzalamaq məcburiyyətində qalırıq. UEFA bu məsələdə ortaq məxrəc tapmalıdır. Bu, tək bir klubdan asılı deyil. UEFA, yerli federasiyalar bununla bağlı qərar verməlidir. Klublardan-klublara fərq var. Məsələn, bizdə müqavilələrin müddəti avqustdan növbəti il mayın sonuna qədərdir. Elə klublar isə var ki, müqavilələri iyulun sonunadəkdir. Yenə deyirəm: buna biz yox, UEFA qərar verəcək. Daha sonra isə AFFA bunu klublarla müzakirə etməlidir. Misal üçün, mən çempionatın davam etməsini istəyirəm, milli assosiasiya isə deyir ki, olmaz.
- Hazırda "Neftçi"də bəzi futbolçular var ki, müqavilələri mayın sonunda başa çatır. Onlarla ilkin danışıq olubmu və ümumiyyətlə, kimlərləsə razılığa gələ bilmisiniz?
- Açığı, beynimdə kimlərlə müqavilənin müddətinin uzadılacağını, kimlərin komandanı tərk edəcəyini bilirəm. Bunların hamısını özümüz üçün müəyyənləşdirmişik. Amma indiki məqamda çempionatın bitməsini gözləyirik. Bundan sonra nə isə demək olar.
- Mövsümün sonunda müqaviləsi başa çatan neçə futbolçu var?
- Təqribən 5-6 futbolçu var.
- Çempionatdakı hazırkı vəziyyətlə bağlı müqaviləsinə vaxtından əvvəl xitam verərək ölkəsinə getmək istəyən, bununla bağlı kluba müraciət edən legioner olubmu?
- Xeyr, müqaviləyə xitam vermək kimi söhbətlər olmayıb. "Mən oynamaq istəmirəm" deyən də yoxdur. Sadəcə futbolun dayandığını görüb, ailəsinin yanına gedib-qayıtmaq istəyən 1-2 legioner var idi. Amma sərhədlərin bağlandığını biləndən sonra Bakıda qalmağa qərar verdilər. Dedilər ki, elə burada qalmaq yaxşıdır.
- Futbolçuların hansındasa koronavirusla bağlı narahatlıq olubmu və karantinə alınan varmı?
- Yox. Həkimlərimiz mütəmadi olaraq futbolçularla əlaqə saxlayır. Heç birində narahatlıq olmayıb.
- Futbolçular formada qalmaq üçün nə edirlər?
- Hamısı evlərindədir. Hər birinə maksimum dərəcədə evdə oturmaq tapşırılıb. Məşq etmirlərsə, heç yerə çıxa bilməzlər. Bilirsiniz ki, kafe-restoranlar da bağlıdır. Hamısı evdə oturmağa məcburdur. Ən yaxşı halda, evlərinin yaxınlığında açıq ərazi varsa, formalarını qorumaq üçün yüngül qaçış edərək, qayıda bilərlər.
- Premyer Liqanın XX turunda "Sabah"a 4:0 hesabı ilə qalib gəldiyiniz matçda halı pisləşən Aqil Məmmədovun hazırkı durumu necədir?
- Stress insan həyatında böyük önəm kəsb edir. Biz 2-ci qolu vurandan sonra sevincdən Aqilin ürəyində problem yarandı. Xəstəxanaya apardıq, həkimlərin müayinəsindən sonra məlum oldu ki, hər şey normaldır. Problem stresdən olub. Ondan sonra məşqlərdə də iştirak edib. Hazırda heç bir problemi yoxdur.
- Son sualımız bir qədər fərqli olacaq. Təqribən 1 il öncə evinizdən oğurluq olmuşdu. Hadisəni törədənlər tapıldı?
- İnanırsınız, 2 ay öncə başqa bir evə eyni qaydada girmişdilər. Bizi də bununla bağlı Daxili İşlər Nazirliyinə çağırmışdılar. Deyilənə görə, həmin evi də eyni formada soyublar. Araşdırma davam edir. Amma hələ heç bir məlumat yoxdur.
- Şübhələndiyiniz kimsə və ya kimlərsə var?
- Məni evdən aparılanlardan daha çox, oğurluğu edənlərin kimliyi maraqlandırır. Ağlıma elə bir adam gəlmir ki, 19-cu mərtəbədəki mənzili qarət etdikdən sonra oradan düşsün və 11-ci mərtəbədə soyğunçuluq etsin. İnanmıram ki, bu, tanıdığım şəxs olsun ("Report").

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin yeni transferi artıq Bakıdadır - EKSKLÜZİV
- “Neftçi” daha iki transferi rəsmiləşdirdi - ÖZƏL
- Firuz Abdulla: “Ümidvarıq ki, turnir cədvəlində əlifba sırası “Səbail”in “S”-i ilə pozulacaq”
- “Turan Tovuz” “Benfika”nın yetirməsini transfer edir - EKSKLÜZİV
- “Kəpəz”dən ayrılan futbolçu “Səbail”də - ÖZƏL
- “Kəpəz” yeni baş məşqçisi ilə bu gün müqavilə imzalayır
- “Neftçi” qızıl medallara qovuşdu
- AFFA fil qulağında yatır...
- “Kəpəz” ölkə xaricindən məşqçi gətirir
- Emin Ağalarov: “Minifutbol millimizlə fəxr edirəm” - EKSKLÜZİV
- “Baku Fire”in məşqçisi diplom aldı
- Vüqar Nadirovla yolları ayıran “Şəmkir”də yeni baş məşqçi
- “Sabah”dan ayrılan İrasabal sabiq “Neftçi”linin yanına yollandı
- Lionel Messi millimizi təbrik edib
- Riad Rəfiyev Harvard Biznes Məktəbinin proqramına qəbul olunub
-
18:24
"Çelsi" 23 yaşlı hücumçunu heyətinə qatdı
-
17:32
Ansu Fati rəsmən "Monako"da
-
17:15
“Araz-Naxçıvan”ın yeni hücumçusu: "Aris”ə qarşı şansımız var"
-
16:59
“Qarabağ” “Tvente” və “Zalsburq”la qarşılaşacaq
-
16:46
“Zirə”nin rəqibi daha 3 futbolçusu ilə yolları ayırdı
-
16:00
Azərbaycan millisi EEVZA çempionatında pley-offa yüksəlib
-
15:31
“Sele” yarımmüdafiəçi ilə gücləndi
-
15:18
"Azərreyl"də yeni müqavilə
-
14:57
"Zirə" 4-cü transferini reallaşdırdı
-
14:24
"Hayduk"da ayrılıq
-
14:02
“Gəncə” amerikalını transfer edib
-
13:45
Hamidu Keyta “Araz-Naxçıvan”da
-
13:19
Çempionlar Liqası: "Araz-Naxçıvan" 5-ci səbətdə
-
12:53
“Zirə”də 18 yaşlı legioner
-
12:06
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:31
"Əl-Hilal" "Mançester Siti"ni evə göndərdi VİDEO
-
10:48
Vüqar Nadirovla yolları ayıran “Şəmkir”də yeni baş məşqçi
-
10:27
Bakı çempionatının qalibləri məlum olub
-
10:14
“Zəfər Kuboku” adlı karate turniri keçiriləcək
-
09:52
"İnter"dən dünya çempionatına erkən vida VİDEO
-
09:30
FİDE reytinqi: Şəhriyar 11-ci, Teymur 38-cidir
-
23:42
“Qəbələ” təlim-məşq toplanışına start verdi
-
23:25
“Zirə”nin rəqibi qələbə qazandı
-
22:07
“4:0 hesabı ilə qalib gəlsəydik də, mənim üçün dəyişən nəsə olmayacaqdı”
-
21:54
Rəşad Sadıqovdan “Neftçi” rəhbərliyinə təşəkkür
-
21:38
Qurban Qurbanov: “Bunun üzərinə ciddi düşmüşük”
-
21:11
“Səbail”in hücumçusu legioner həyatı yaşayacaq - ÖZƏL
-
19:49
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
18:00
Renat Dadaşov Polşa klubundan ayrıldı
-
17:36
Azərbaycan millisinin Türkiyədəki təlim-məşq toplanışına yekun vurulub
-
16:55
Millimizin qapıçısı Qazaxıstan klubundan ayrılıb
-
16:12
“Selye” qapıçı transfer edib
-
15:47
"Formula 1" Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
-
15:29
Malili futbolçu “Qarabağ” və “Araz-Naxçıvan”ın hədəfində
-
15:00
Bakıda “Gimnastika hamı üçün” üçüncü beynəlxalq festival keçirilib
-
14:31
Fransa klubunda qadın prezident
-
14:14
Azərbaycanlı hakim dünya çempionatına təyinat alıb
-
13:58
Çarles Boli: “Koffi və Zubir “Araz-Naxçıvan” haqda müsbət fikirlər səsləndirdilər”
-
13:43
Azərbaycan akrobatları Dünya Kubokunda iki gümüş medal qazanıblar
-
13:22
“Sumqayıt”ın “Yay Futbol Düşərgəsi” layihəsində sonuncu mərhələ başlayıb
-
13:06
“Neftçi” “Kappa” ilə anlaşdı
-
12:37
“Beşiktaş” “Roma”nın hücumçusunu transfer edir
-
12:19
Bakıda gənc basketbol hakimləri üçün təlim proqramına start verilib
-
11:45
"Kəpəz" daha üç futbolçunun gedişini açıqladı
-
11:21
Azərbaycan klubunda braziliyalı baş məşqçi
-
11:08
"Flamenqo" - "Bavariya" matçında 6 qol vuruldu VİDEO
-
10:53
"Milan" hücumçusu ilə vidalaşdı
-
10:36
PSJ Messinin komandasını darmadağın etdi VİDEO
-
10:24
“Araz-Naxçıvan”ın yeni transferi: “Land of fire Azerbaijan” əla layihə idi”
-
10:12
Azərbaycan boksçusu Gürcüstanda gümüş medal qazanıb
01.07.2025
30.06.2025
Arxiv
Iyul 2025 |
B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
01 | 02 | 03 | 04 | 05 | 06 | |
07 | 08 | 09 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 | |||













