2 Iyul 2025, Çərşənbə
"Zirə" 4-cü transferini reallaşdırdı
Hamidu Keyta “Araz-Naxçıvan”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
“Neftçi” “Kappa” ilə anlaşdı

Ölkə futbolu

AFFA 4 klubu cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 1 noyabr 2019-cu il, 2019/2020 mövsümündə XXVIII Premyer Liqanın X turunun “Neftçi” – “Qarabağ” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

3 noyabr 2019-cu il, 2019/2020 mövsümündə XXVIII Premyer Liqanın X turunun “Qəbələ” - “Sabah” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

3 noyabr 2019-cu il, 2019/2020 mövsümündə XXVIII Premyer Liqanın X turunun “Zirə” - “Sumqayıt” matçında “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Zirə” komandası oyunun AFFA nümayəndəsini və hakim-inspektorunu tələb olunan yerlə təmin etmədiyinə görə klub 800 manat cərimə olunub.

Oyunun ikinci hissəsi “Zirə” klubu üzündən 2 dəqiqə gec başladığına görə klub 2400 manat cərimə olunub.

2 noyabr 2019-cu il, 2019/2020 mövsümündə XXVIII Premyer Liqanın X turunun “Səbail” - “Keşlə” matçı “Səbail” klubu üzündən 3 dəqiqə gec başladığına görə klub 2400 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Səbail” klubunun 7 №-li futbolçusu Fəhmin Muradbəyli hakimlər otağına daxil olduğuna görə klub 1600 manat cərimə olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31